Əhalinin yarısından çoxu sığortaya inanmır

Əhalinin yarısından çoxu sığortaya inanmır"Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində ümumrespublika səviyyəsində həyata keçirilən və 2021-2023-cü illəri əhatə edən sığorta maarifləndirməsi layihəsinə yekun vurulub".
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Memorandum tərəflərinin və sığorta şirkətlərinin iştirakı ilə layihənin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Konfransda 2021-2023-cü illərdə ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi ilə bağlı görülən işlər haqqında təqdimat nümayiş olunub. Bildirilib ki, layihə "Risk fərqindəliyinin formalaşdırılması", "Ayrı-ayrı sığorta növ və məhsullarının tanıdılması" və "Sığortalının hüquq və vəzifələri" mərhələlərindən ibarət olub.
Müvafiq mərhələlər çərçivəsində görülən işlər 360° kommunikasiya yanaşması ilə icra edilib. Belə ki, layihə müddəti ərzində KİV-də, sosial şəbəkələrdə məlumatlandırıcı materiallarla, xidmət və ticarət müəssisələrində, açıq və qapalı məkanlarda, habelə yaşayış və qeyri-yaşayış obyektlərində maarifləndirici vasitələrlə geniş təbliğat tədbirləri təşkil olunub. Layihə çərçivəsində dünyada ilk dəfə Azərbaycanda, paytaxt Bakı da daxil olmaqla 10 ən böyük şəhərdə ümumilikdə 75 min nəfərdən çox vətəndaşın iştirak etdiyi "Sığorta Festivalı" təşkil edilib. Layihə çərçivəsində həmçinin media nümayəndələri üçün silsilə sığorta təlimləri və yazı müsabiqələri də həyata keçirilib.
Hesabat konfransında həmçinin, maarifləndirmə layihəsinin sektora təsirlərinin ölçülməsi məqsədilə 1190 nəfər arasında aparılmış sorğu-tədqiqat nəticələri də nümayiş etdirilib. 2021-ci illə müqayisəli nəticələrə görə, 2023-cü ildə 3 il ərzində aparılmış maarifləndirmə və təbliğat işlərinin nəticəsində sığortaya inam əhalidə 34%-ə yüksəlib, biznes subyektlərində isə bu 39% təşkil edib. Sorğu nəticələrinə görə, əhalinin 46%-i, biznes subyektlərinin isə 50%-i hadisə baş verərsə sığortanın kömək ola biləcəyinə inandığını bildirib. Həmçinin sorğuda o da məlum olub ki, əhalinin 57%-i, biznes subyektlərinin isə 64%-i sığorta xidmətlərindən müntəzəm olaraq istifadə edir. Sorğuda əhalinin 43%-i, biznes subyektlərinin isə 45%-i sığorta xidmətlərini tam əlçatan hesab edib.
Konfransda, görülən işlərin effektivliyinin artırılmasında davamlılığın vacib rol oynadığı əsas gətirilərək maarifləndirmə layihəsinin növbəti 3 il ərzində də davam etdirilməsi ilə bağlı razılığa gəlinib. / marja.az

Banklar     Tarix: 15 dekabr 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler dollar kursu valyuta mezennesi biznes krediti birbank