Əhaliyə bəd xəbər - Çörək 5-7 qəpik bahalaşa bilər - VİDEO
Zavod çörəyinin qiyməti qalxa bilər.
azxeber.com xəbər verir ki, ekspərtlər qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirlərinin qaçılmaz olduğunu deyirlər.
Qeyd edilir ki, Azərbaycan ərzaqlıq buğdanın əhəmiyyətli hissəsini idxal edir. ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümunu 100 ABŞ dollarından 145-ə qaldırıb. Gələn ay isə rüsum 150 dollar olacaq. Bu da un və un məhsularının qiymətində əksini tapacaq. Unun bir kilosunda 20 qəpiyə qədər qiymət artımı ola bilər.
Çörəyin qiymətinə təsir edən ən böyük amil Rusiya-Ukrayna müharibəsidir. Çünki 25 milyon tona yaxın taxıl Ukrayna limanlarında qaldı. Taxıl tədarükü iflic oldu. Həmçinin vəziyyətdən sui-istifadə edənlər oldu. Onlar buğdanı alıb saxlamaqla süni taxıl defisiti yaratdılar. Beləliklə, dünya bazarında tədarük zəncirləri pozuldu.
Analitik Turab Rzayev "Xəzər Xəbər"ə bildirib ki, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 2024-cü ilə qədər uzadılması, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyasının verilməsi qiymət artımın mənfi təsirlərini minimuma endirə bilər.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
ƏDV geri al və onun üstünlükləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən bahalı otellər hansılardır?