Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilirBaşlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.
Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir.
Tunellər şərti olaraq T1A (3 303m), T1 (351.5 m), T2 (550m), T3 (681.5 m), T4 (570m), T5 (478.5m) və T6 (526m) adlandırılıb.
Artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tunel daxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
T1, T2 və T3 tunellərində də qazıntı və püskürtmə beton işləri artıq yekunlaşıb. Hazırda tunellərdə daxili drenaj, kabel borularının inşası və kəmər betonlama işləri davam etdirilir.
T1A tunelinin sol istiqaməti üzrə ümumi 1426 metr, sağ istiqaməti üzrə isə ümumi 1604 metr məsafədə qazma və dəmir-beton dəstəkləmə işləri görülüb. Hazırda qeyd olunan işlər digər məsafələrdə davam etdirilir.
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun (dərə üzərində inşa edilən körpü) 8-də hazırda inşaat işləri davam etdirilir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.
Qeyd olunan üsulla betonlama işləri yolun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viadukda artıq tamamlanır. Hazırda bu istiqamətdə viadukda işlər yekunlaşdırma mərhələsindədir.
Layihə boyu avtomobil körpülərinin, alt keçidlərinin, suötürücü dairəvi boru və düzbucaqlı monolit boruların tikintisi davam etdirilir. Layihə üzrə süni qurğu işlərinin ümumi görülmə faizi 70%-dən çoxdur.
Hazırda yol boyu torpaq işlərinin icrası da davam edir. Belə ki, layihə üzrə genişləndirmə, yamacların kəsilməsi, qazma-dolğu işləri ilə yeni yol yatağının inşası, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsasının tikintisi işləri davam edir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib.
Bundan başqa "Zəfər Yolu"nun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Xəbərlər     Tarix: 12 avqust 2022

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler biznes xeberleri bitkoin valyuta mezennesi dollar mezenne