Elektrik enerjisi 1-ci, xurma 2-ci və pomidor 3-cü olub - QEYRİ-NEFT İXRACI
2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.
Marja.az "İxrac icmalı -2024/Fevral"a istinadən xəbər verir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 70,4 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dollarına bərabər olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4% artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Qeyrineft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (75,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (25,1 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,8 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,6 milyon ABŞ dolları) üçüncü olub.





XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab