Elektron siqareti ölkəyə gətirən iş adamları - Bəyanat yaydı

Elektron siqareti ölkəyə gətirən iş adamları - Bəyanat yaydıMilli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin dekabrın 16-sı keçirilən birgə iclasında "Tütün və tütün məmulatı haqqında" Qanuna təklif olunan dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı, satışı və reklamı qadağan edilir
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən iclasdan sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra sahibkarlar toplaşaraq bu dəyişikliyi müzakirə edib.
Qadağan edilməsi düşünülən məmulatları ölkəyə gətirən iş adamları qeyd edib ki, qanun qəbul edilərsə, onların artıq idxal edib ölkəyə gətirdikləri külli miqdarda məhsul əllərində qalacaq. Eyni zamanda hələ sifariş etdikləri məhsulu yolda olan sahibkarlar da az deyil.
Bunun üçün də həmin sahibkarlar bəyanat yayaraq aidiyyəti orqan və qurumları qanun layihəsinin müzakirəsi və qəbulu zamanı loyal qərar verməyə səsləyib.
Sahibkarlığın təşviqini həyata keçirməli və onların maraqlarını qorumalı olan Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirə etdiyi "Tütün və tütün məmulatı haqqında" Qanuna dəyişiklik təklif olunan şəkildə qəbul olunarsa, bu sahədə çalışan sahibkarların mağazalarına qoyduğu sərmayənin batması, satışa hazırlıq üçün bağlanılan müqavilələrin öhdəlikləri, banklar qarşısında götürülmüş kredit məsuliyyəti ciddi şəkildə problemlə qarşı-qarşıya qalacaq. Belə olduğu halda, sözügedən sahədə fəaliyyət göstərən sahibkarın müflis olması da müzakirə mövzusu olmalıdır.
Eyni zamanda, hazırda elektron siqaret və "vape" məhsullarının idxalı, satışı ilə məşğul olan şirkətlər bunu qanun çərçivəsində, dövlət qurumlarının nəzarəti altında həyata keçirirlər. Bu mallar qadağan olunarsa, həmin məhsulların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi problemi də yaranır. Hansı ki bu zaman onun keyfiyyətinə heç kim zəmanət verə bilməyəcək. Paralel olaraq da, dövlət hər il bu sahədən gələn milyonlarla manat vergidən və bir neçə min iş yerindən məhrum olacaq. Araşdırmaya görə, hazırda bu sahədə fəaliyyət göstərən şirkətlərin 2 mindən çox işçisi var ki, elektron siqaret və bu kimi məhsulların qadağan olunması onların işsiz qalmasına səbəb olacaq.
Mal qalığının sıfırlanması və müəyyən planlamaların aparılması üçün bu halların nəzərə alınması çox vacibdir. Bu sahədə fəaliyyət göstərən şəxslərin başqa sahibkarlıq sahələrinə keçid üçün şəraitin yaradılması da zəruri haldır.
Digər vacib məsələ ondan ibarətdir ki, elektron siqaretlərin qadağan edilməsi təklif edilsə də, tütün qızdırıcıları fərqləndirilmiş və ona icazə verilməsi nəzərdə tutulur. Bu, ayrıseçkilik olmaqla yanaşı, qanuna düzəlişə kimlərin maraqlarının olduğuna işıq salır.
Bütün bu mənfi halların qarşısını almaq üçün sahibkarlara bu günə qədər qüvvədə olan qanunvericiliyə uyğun idxal etdikləri, gömrük rüsumları, aksiz vergiləri və digər məcburi ödənişlər tam şəkildə ödədikləri malların tam satışına imkan verilməlidir. İstənilən keçid prosesi mərhələli olduğu kimi, burada da eyni üsula üstünlük verilməlidir. Bu zaman Avropada, qonşu ölkələrdə keçid prosesinin tənzimlənməsi mexanizmlərinə üstünlük verilməsi dövlətin və cəmiyyətin maraqlarına uyğun olar.
Sahibkarların vergi və gömrük öhdəlikləri nəzərə alınaraq kompensasiya və ya yumşaldıcı mexanizmlər tətbiq edilə bilər. Ən əsası bunlar dövlət qurumları və sahibkarlar arasında dialoq mühitində həyata keçirilməlidir.

Biznes     Tarix: 18 dekabr 2025

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler valyuta xeberleri en son xeberler valyuta kurslari pul qazanmaq