Elektron xidmətlərin təşkili və göstərilməsi qaydası müəyyənləşir
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət orqanları (qurumları) elektron xidmətlərin təşkilini və göstərilməsini "İnzibati icraat haqqında" qanuna və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi texniki tələblərə uyğun olaraq təmin edirlər.
Elektron xidmətlərin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi məqsədəuyğunluq barədə rəyi nəzərə alınmaqla həyata keçirilir. Elektron xidmətlər məqsədəuyğunluq barədə müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, elektron xidmət dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra həmin sistem vasitəsilə göstərilir.
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv