Ən böyük kriptovalyuta investisiya fondlarından biri iflas edib
Bir vaxtlar dünyanın ən böyük kriptovalyuta investisiya fondlarından biri olan "Three Arrows" müflis olub, Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir. Bildirilir ki, Sinqapurda qeydiyyatdan keçmiş fondun nümayəndələri aktivlərini kreditorlardan qorumağa çalışırlar.
Fond 2012-ci ildə İsveçrənin "Credit Suisse" investisiya bankının keçmiş işçiləri Kayl Devis və Zhu Su tərəfindən yaradılıb. 2021-ci ildə o, 10 milyard dollarlıq aktivi idarə edib.
Ekspertlərin fikrincə, bir neçə il əvvəl fond kriptovalyuta bazarının əsas oyunçularından biri olub. Kriptovalyutaların məzənnəsinin aşağı düşməsi ilə əlaqədar onun aktivlərinin dəyəri əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ilin aprelində bu, cəmi 3 milyard dollar olub.
"Three Arrows"un iflası fonunda bir çox şirkət əməliyyatlarını nəzərdən keçirir və kriptovalyuta bazarlarının düşməsi səbəbindən vəsaitlərin çıxarılmasını sərtləşdirir.
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
Bitcoin bahalaşdı
Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
Bitkoin bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu