Ən çox müqaviləni Ağalarov və şirkətləri imzaladı - "Sea Breeze"də yeni otellər tikiləcək

Ən çox müqaviləni Ağalarov və şirkətləri imzaladı - Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze and Real Estate" mövzusunda panel sessiyası keçirilib.
Emin Ağalarov: "İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm"
FED.az xəbər verir ki, "Agalarov Development" şirkətinin nümayəndəsi Stanislav Alexandrovun moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycanda və dünya miqyasında daşınmaz əmlak bazarındakı yeni trendlər, şəhərsalma təcrübələri, böyük infrastruktur layihələrinin milli iqtisadiyyata təsiri məsələləri müzakirə olunub, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu təqdim edilib.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və  "Agalarov Development" şirkətinin prezidenti, Sea Breeze şirkətinin təsisçisi və sahibi Emin Ağalarov Azərbaycanda və beynəlxalq səviyyədə yaşayış məntəqələrinin inkişafı, yeni formatlar və bazar dinamikası, böyük həcmli şəhərsalma layihələrinin ölkə iqtisadiyyatına, məşğulluğa, nəqliyyat, turizm və digər sektorlara təsiri haqqında fikirlər səsləndiriblər.
"Scott Brovnrigg" şirkətinin baş icraçı direktoru Darren Combe, "New Murabba Development" şirkətinin inkişaf üzrə direktoru Abdullah Alsuiry, "CM İnternational" şirkətinin təsisçisi Petr Kudryavtsev, memarlıq və şəhərsalma üzrə professor Ali Alraouf, "Radisson Hotel Group"un Şərqi Avropada biznesin inkişafı üzrə vitse-prezidenti David Jenkins, "Intercontinental Hotel Group"un MDB, Türkiyə və İsrail üzrə inkişaf direktoru Aleksis Feuillat, "Merit Hotels & Casinos" şirkətinin beynəlxalq marketinq üzrə vitse-prezidenti Umut Kara,  "MEAIT & Rixos & All-Inclusive Collection" şirkətinin  böyük meneceri Ritvika Sethi  müzakirələrdə iştirak edib, şəhərsalma layihələrinin reallaşdırılmasında mövcud imkanlar və texnoloji yeniliklərə dair fikirlərini bölüşüblər.
Panel sessiya çərçivəsində bir sıra sənədlər imzalanıb.
"Sea Breeze Resort" ilə "Crowne Plaza Hotels & Resorts by IHG" arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 195 otaqlı, 4 ulduzlu otelin inşası həyata keçiriləcək. Memorandumu "Sea Breeze Resort"un təsisçisi və "Agalarov Development"in prezidenti Emin Ağalarov və "Crowne Plaza Hotels & Resorts by IHG"in MDB, Türkiyə və İsrail üzrə İnkişaf direktoru Aleksis Feuillat imzalayıblar.
"Sea Breeze Resort" ilə MEAIT və "Rixos" arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Momoranduma əsasən, 504 otaq və 20 villalı 5 ulduzlu mehmanxananın inşası həyata keçiriləcək.  Sənədi "Sea Breeze Resort"un təsisçisi və "Agalarov Development"in prezidenti Emin Ağalarov və MEAIT və "Rixos" şirkətinin İnkişaf üzrə baş meneceri Ritvika Seti imzalayıblar.
"Sea Breeze Resort" ilə "Digital Residence" arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum "Sea Breeze Resort"un təsisçisi və "Agalarov Development"in prezidenti Emin Ağalarov və "Digital Residence"in layihə meneceri Denis Rudnik tərəfindən imzalanıb.
Tibbi turizmin inkişafı və "Sea Breeze Health Valley" layihələri üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tibbi turizm infrastrukturunun inkişafını nəzərdə tutan Sənəd "Sea Breeze Resort"un təsisçisi və "Agalarov Development"in prezidenti Emin Ağalarov və "Sea Breeze Health Valley" şirkətinin rəhbəri Konstantin Qrinfeld tərəfindən imzalanıb.
Potensial tibbi klaster layihələrinin birgə qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Tibbi klasterdə potensial layihələrin texniki-iqtisadi əsaslandırmasını nəzərdə tutan Memorandum Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) ilə "Sea Breeze Health Valley" ("Sea Breeze Resort") arasında imzalanıb. Sənədi ABİF-in baş direktoru Yasin Cəlilov və "Sea Breeze Health Valley" şirkətinin rəhbəri Konstantin Qrinfeld imzalayıblar.
"Sea Breeze Resort", "Sana Hospital Group" və "Don Agro International" arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Beynəlxalq çoxprofilli tibbi mərkəzin yaradılmasını nəzərdə tutan Sənədi "Sea Breeze Health Valley" rəhbəri Konstantin Qrinfeld, "Sana Hospital Group"un Beynəlxalq əlaqələr direktoru Sven Heininqer və "Don Agro International"ın baş icraçı direktoru Marat Devlet-Kildeyev imzalayıblar.
"Sea Breeze Resort" ilə beynəlxalq hotel şəbəkəsi olan Radisson Hotel Group arasında "Radisson Blu" markası altında yeni otelin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi "Sea Breeze Resort"un sahibi və qurucusu, həmçinin "Agalarov Development"in prezidenti Emin Ağalarov və Radisson Blu-nun Şərqi Avropa üzrə Biznesin İnkişafı üzrə vitse-prezidenti David Jenkins imzalayıblar. Memorandum çərçivəsində tərəflər "Sea Breeze" ərazisində "Radisson Blu" brendi ilə fəaliyyət göstərəcək otelin yaradılması, idarə edilməsi və beynəlxalq standartlara uyğun xidmətlərin təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər. Layihə həmçinin turizmin inkişafına, beynəlxalq səviyyədə tanıtıma və yeni investisiya imkanlarının açılmasına töhfə verməyi hədəfləyir.

Biznes     Tarix: 23 sentyabr 2025

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler internetden pul qazanmaq investisiya biznes qurmaq bitkoin