Ən son yeniliklər biznes nümayəndələrinin diqqətinə təqdim olundu - FOTOLAR

Ən son yeniliklər biznes nümayəndələrinin diqqətinə təqdim olundu - FOTOLARBiznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun oktyabrın 31-də sahibkarlıq subyektləri, hüquq və konsaltinq şirkətləri, biznes assosiasiyalarının nümayəndələri ilə geniş tərkibdə görüşü keçirilib.
"Bizdən biznesə" startap müsabiqəsinə start verilib
FED.az xəbər verir ki, görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Mediasiya Şusasının və Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları və dəvət edilmiş özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə işçi qrup tərəfindən mübahisələrin həlli və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər səsləndirilib, sahibkarların qarşılaşdıqları çətinliklər, İşçi Qrupun fəaliyyətində görmək istədikləri islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, işçi qrupun fəaliyyəti çərçivəsində cari ildə Vahid Məhkəmə Portalının yeni versiyası hazırlanaraq istifadəyə verilib.
Geniş auditoriyanın məhkəmə və icra sahəsindəki statistikalara əlçatanlığının təmin edilməsi məqsədi ilə yenilənmiş statistik məlumatlar aidiyyəti üzrə həmin Portalda və Ədliyyə Nazirliyinin rəsmi saytında () yerləşdirilib.
Ədliyyə orqanları tərəfindən göstərilən xidmətlərin sayının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə "İcra məmuruna elektron müraciət" xidməti () istifadəyə verilib.
Bundan başqa, Ədliyyə Nazirliyinin Mediasiya Şurası ilə qarşılıqlı fəaliyyəti çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin Vahid Məhkəmə Portalında "Mediatorlar" () bölməsi yaradılıb.
Burada fiziki və hüquqi şəxslər regionlar üzrə mediasiya təşkilatları barədə ətraflı məlumat (təşkilatın adı, fəaliyyət göstərdiyi ərazi, qeydiyyat nömrəsi, ünvanı, əlaqə vasitələri, qurumun qanuni təmsilçisi, mediasiya təşkilatına üzv mediatorlar və s.) əldə edə, habelə tələb olunan məlumatlar daxil edilməklə ilkin mediasiya sessiyası üçün elektron ərizə dolduraraq mediasiya təşkilatlarına elektron müraciət edə bilər.
Həmçinin Sinqapur Konvensiyası kimi tanınan "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulma ilə bağlı dövlətdaxili prosedurlara başlanıldığı bildirilib. Konvensiya beynəlxalq mediasiya barışıq sazişlərinin qarşılıqlı tanınmasını və icrasını təmin etməkdədir.
Tədbirdə mübahisələrin həllinin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində qanunvericiliyin müddəaları da səsləndirilib.
Həmçinin, işçi qrup tərəfindən "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Mübahisələrin həlli" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"ndə qeyd olunmuş tapşırıqların icrası çərçivəsində yeni qanunvericilik islahatlarını nəzərdə tutan layihələr barədə məlumat verilib.
Həmin layihələr mübahisələrin həlli, məhkəmə icraatı və məhkəmə qərarlarının icrası sahəsində yeni tənzimləmələri əhatə edir.
Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib. 
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Biznes     Tarix: 01 noyabr 2024

Oxşar xəbərlər

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri dollar məzənnəsi depozit faizleri