Ərdoğanın əksinə qərar verən "Möhtəşəm Türk qızı" - ƏRDOĞANIN GÖZÜNÜN DÜŞMƏNİ OLAN FAİZLƏRİ ARTRDI

Ərdoğanın əksinə qərar verən Dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini (əsas faiz dərəcəsini) 6,50 faiz bəndi (650 bənd) artıraraq 8,50%-dən 15%-ə yüksəltdi. Marja.az-ın məlumatına görə, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiə etdiyi siyasətə ziddir. Belə ki, Ərdoğana görə, yüksək faizlər yüksək inflyasiya deməkdir. Yəni o, "aşağı faiz, aşağı inflyasiya" nəzəriyyəsinə inanır. Buna görə, indiyədək Ərdoğan Mərkəzi Banka təzyiq göstərərək faizləri aşağı salınmasına nail olurdu. Bunun da nəticəsində Türkiyədə yüksək inflyasiya baş vermiş, Türk Lirəsi kəskin dəyər itirmişdir.
Qəbul edilmiş iqtisadi qanuna görə, yüksək inflyasiya zamanı mərkəzi bank faizlərini yüksəldərək məcmu tələbi azaltmalı və inflyasiyanı aşağı salmalıdır. 
Ərdoğanın ortadoksal (qeyri-ənənəvi, qaydalara uyğun olmayan) siyasəti tənqid olunurdu. Ölkədə inflyasiyanı aşağı salmaq və Lirəyə təzyiqi azaltmaq üçün Mərkəzi Bankın kəskin faiz artırması çağırışları edilirdi. Xarici maliyyə qurumları Türkiyədə inflyasiyanı azaltmaq üçün uçot dərəcəsinin 40%-ə yüksəldilməsi lazım olduğunu bildirirlər.
Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri və Hafize Gaye Erkanın Mərkəzi Bankın sədri təyin edildikdən sonra bazarlarda ortodoks (ənənəvi) siyasətlərə dönüşün olacağı gözlənilirdi. 
Ərdoğan müdafiə etdiyi siyasətin effektsiz olduğunu başa düşmüş ola bilər. Ən azı o, əks fikirdə olanlar ilə razılaşıb və faizin artırılmasına "xeyirli olsun" deyib.
Bir neçə gün öncə Ərdoğan verdiyi açıqlamasında, "Xəzinə və maliyyə nazirimizin hazırkı düşüncəsi baxımından, biz onun Mərkəzi Bankla birlikdə addımlar atmasını qəbul edirik. "Xeyirli olsun" dedik və bununla da inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək əzmində olduğumuzu bəyan etdik", - deyib. Həmçinin Ərdoğan əlavə etmişdi ki, "xeyirli olsun" desə də, "aşağı faiz aşağı inflyasiya deməkdir" fikirini dəyişməyib. "Bəzi dostlar "Prezident faiz siyasətində ciddi dəyişiklik edir" düşünməsinlər. Mən bu məsələdə eyni fikirdəyəm", - Ərdoğan əlavə etmişdi.
Hafize Gaye Erkan ABŞ-da özəl maliyyə sektorunda yüksək vəzifələrdə işləyib və bir çox uğurlu işlər görüb. O, ABŞ-da "Möhdəşəm türk qızı" kimi tanınıb.
HƏMÇİNİN OXU: Türkiyənin danışdığı ABŞ-dan gələn "Möhtəşəm türk qızı" 
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) əsas faiz dərəcəsini 6,50 faiz bənd artıraraq 15%-ə yüksəltməsi müsbət addım kimi qiymətləndirilsə də, iqtisadçıların və bazarlrın gözləntilərindən aşağı olub. İqtisadçılar lirəni dəstəkləmək və bazar etibarını bərpa etmək üçün faiz dərəcəsinin ilk mərhələdə 25%-ə qaldırılacağını gözləyirdilər.
Mərkəzi Bank bəyanatında faiz dərəcələrinin daha da artırılacağına işarə edib.
"Türkiyənin inflyasiya problemini həll etmək üçün qarşıdakı iclaslarda daha çox faiz artımına ehtiyac var. 
Dünən uçot dərəcəsinin artırılması Hafize Gaye Erkanın rəhbərliyi altında yeni pul siyasəti dövrünün başladığını göstərir. Yeni mərkəzi bank sədri kimi Erkan prezident Ərdoğan tərəfindən daha rasional pul siyasəti yürütmək və yüksək inflyasiyaya nəzarət etmək üçün təyin edilib. Ərdoğan əvvəllər yüksək faizlərə düşmən kimi baxırdı və daha yumşaq pul siyasətini müdafiə edirdi.
Mərkəzi Bankın qərarı müxtəlif çevrələrdə müzakirələrə səbəb olub. Bəzi iqtisadçılar bu addımı investorların etibarını bərpa etmək və inflyasiyanı azaltmaq üçün zəruri addım kimi qiymətləndirirlər.
Digərləri bu qərarı ölkənin iqtisadi problemlərinin həlli üçün qeyri-kafi hesab edir və faiz dərəcələrinin daha güclü artırılmasının lazım olduğunu bildirirlər. 
Yüksək inflyasiya və zəif lirə Türkiyə iqtisadiyyatı üçün böyük problemlər yaratmağa davam edir. Qiymətlərin artması istehlakçılara və biznesə təzyiq göstərərək onların alıcılıq qabiliyyətini aşağı salır. Bundan əlavə, valyutanın zəif olması mal idxalını çətinləşdirir və ölkənin borc yükünü artırır.
Həmçinin oxu
Türkiyə Mərkəzi Bankı son dövrlərin ən həyacanlı qərarını açıqladı
Ərdoğanın əksinə qərar verən Faiz qərarından sonra Lirənin sürətlə ucuzlaşması müşahidə olunur.
Mərkəzi Bankın 650 bəndlik faiz artırmasından sonra onsuz da ağır təzyiq altında olan türk lirəsindəki ucuzlaşma davam edib. Valyuta avro və dollar qarşısında yeni rekord həddə çataraq investorları və iqtisadçıları narahat edib.
Mərkəzi Bankın faiz qərarından əvvəl 23.49-a kimi düşən dollar/TL məzənnəsi qərardan sonra 24.60-ı keçərək rekord qırıb. Qərardan əvvəl 25,71-ə kimi düşən Avro/TL, qərardan sonra 27-ni keçib.
Bu gecə Dollar Türk lirəsi qarşısında 2%-ə yaxın da dəyər qazanaraq 25,48 səviyyəsini keçərək yeni rekord həddi görüb. Avro isə 27,88 lirə səviyyəsini keçib.
Mərkəzi Bankın faiz qərarından sonra Lirə Dollar qarşısında 8,5% ucuzlaşıb. 
Qeyd edək ki, Prezident seçkisindən öncə Türkiyədə Dolların qiyməti 19 lirə səviyyələrində idi. Ötən bir aydan az müddətdə Türk Lirəsi Dollar qarşısında 30%-dən çox dəyər itirirb. 

Maliyyə     Tarix: 23 iyun 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun dollar manat kursu bitkoin qiymeti