Ermənistanın 400-dək hərbiçisi məhv edilib
"Əldə etdiyim məlumata görə, Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə qarşı tərəfin 400-dək hərbiçisi məhv edilib.Çoxunun meyiti hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirib ortaya çıxarda bilmir".
azxeber.com xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, şəhidlərimizin qisası artıqlaması ilə alınıb: "Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub.Açıq deyim ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifaəyət qədər məlumatlı bir insan kimi deyirəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət