Ermənistanın məhvi hər bir ermənini düşündürür - Artak Zakaryan

Ermənistanın məhvi hər bir ermənini düşündürür - Artak ZakaryanErmənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan mütamadi olaraq özünün Facebook səhifəsində hazırkı hakimiyyəti tənqid edir. Revanşist fikirləri ilə tanınan Zakaryan hazırkı vəziyyətə görə Baş nazir Nikol Paşinyanı ittiham edir. Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına etiraz edən qüvvələr arasında Zakarıyanın yer alıması, faşist təxəyyülü ermənin mahiyyətini bir daha ortaya qoyur. Zakaryan bu dəfə də revanş hissi ilə yazılar yazır və ictimai fikrə təsir etməyə çalışır.
Keçmiş nazir müavini Paşinyanı kapitulyator adlandırır və onun ümidsizcəsinə tüstüləməkdə davam etdiyini yazır:
"Beynəlxalq normalar və hüquqlar dünya düzəninin dəyişməsi ilə paralel işləmir. Rusiya və İran Nikola güvənmir. Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, həmçinin İrana qarşı mümkün təcavüz üçün yeni platforma yaratmaq, Qarabağdan imtina etməyi və Azərbaycanın tələblərini imzalamağı istəyir. Bu, Paşinyanın havada asılı olan gücünə qiymətdir. Hakimiyyətini xilas etmək üçün Nikol ölkəni birdəfəlik məhv etmək yolunu seçib.
Erməni xalqının çoxu sadəlövh olsa da, vətənlərini sevirlər. Artıq onun başının altına yalan vədlər və boş sülh nağılları qoya bilməzsən. Ləyaqəti olan hər bir erməni Qarabağın və Ermənistanın son məhvinin qarşısını almaq üçün hər şeyi edəcək. İndi Paşinyan Qarabağın aclığını kənara qoyub, Yerevan Ağsaqqallar Şurasına seçkilərlə məşğuldur. O, saxtakarlıq, şantaj və təzyiqlərlə həmin seçkilərdə qələbə qazanmağa hazırlaşır. Bundan sonra Paşinyan parlament seçkilərinə getməyi planlaşdırır. Güman edirəm ki, Nikol Qarabağı Azərbaycana vermək, türkləri Ermənistana gətirmək bahasına sülh müqaviləsi imzalamaq üçün xalqdan etimad səsi almağa çalışacaq. Nikol mümkün erkən seçkiləri Qarabağı təhvil vermək üçün siyasi prosesə çevirəcək", – deyə Zakaryan qeyd edib.
Beləliklə, Ermənistandakı revanşist qüvvələr cəmiyyətdə çaşqınlıq yaratmaq, sülh prosesinə mane olmaq üçün hər cür vasitələrə əl atır. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan hazırkı hakimiyyəti tənqid etməklə sülh müqaviləsinə mane olmağa çalışırlar.
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 03 avqust 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler pul qazanmaq dollar mezenne avtomobil xeberleri kripto