Estoniya Rusiya vətəndaşlarına təhsil vizası və müvəqqəti yaşayış icazəsi verməyəcək
Estoniya hökuməti Rusiya vətəndaşlarının ölkədə təhsil almaq üçün müvəqqəti yaşamaq icazəsi və ya viza üçün müraciət etmələrini məhdudlaşdıran sanksiyanı təsdiqləyib.
Bu barədə Estoniya hökumətinin rəsmi saytında məlumat verilib.
Belaruslular isə hələ də təhsil vizası üçün müraciət edə bilərlər.
Bundan əlavə, təsdiqlənmiş sanksiyaya əsasən, Rusiya və Belarus vətəndaşları yalnız Estoniya tərəfindən verilmiş etibarlı vizaya malik olduqları təqdirdə qısamüddətli iş üçün qeydiyyatdan keçə bilərlər. Belə ki, ölkəyə gələn, lakin Estoniyada qalmaq üçün qanuni hüququ olmayan və Estoniyaya başqa bir Aİ üzvü tərəfindən verilmiş viza ilə gələn Rusiya və Belarus vətəndaşlarına müvəqqəti yaşamaq və ya işləmək icazəsi verilməyəcək.
Xarici işlər naziri Urmas Reinsalu hökumətin mətbuat konfransında bildirib ki, Estoniya xüsusi humanitar hallar istisna olmaqla, Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb.
"Biz gələcək Şengen vizalarının verilməsi ilə bağlı Avropa İttifaqının əlavə sanksiya təkliflərini hazırlayırıq, lakin əvvəllər verilmiş vizaların etibarlılığına da yenidən baxmaq lazımdır. Həm Estoniyada, həm də Avropada", – Reinsalu bildirib.
Xatırladaq ki, Estoniya fevral ayında Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb, lakin əvvəllər viza almış şəxslər hələ də ölkəyə daxil ola bilərdilər.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları