Estoniya Rusiya vətəndaşlarının ölkəyə buraxılmasını və onlara viza verilməsini DAYANDIRDI
Avqustun 18-i Estoniyada Rusiya vətəndaşları üçün Şengen vizası ilə ölkəyə girişi məhdudlaşdıran hökumət sərəncamı qüvvəyə minib.
KONKRET.az "Interfax"a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib.
"Biz Estoniyadan keçən və ya daxil olan Rusiya vətəndaşlarının sayında kütləvi artımın şahidi oluruq. Təcavüzkar ölkənin vətəndaşlarına iş, təhsil və sahibkarlıq məqsədilə vizaların verilməsi üçün əvvəllər mövcud olan istisnalar ləğv ediləcək", – XİN rəhbəri deyib.
Digər tərəfdən hökumət, Estoniyada uzunmüddətli yaşamaq icazəsi olanlar, çalışan diplomatlar və onların ailə üzvləri, beynəlxalq yük və sərnişin daşımalarında iştirak edən işçilər, Avropa İttifaqı qanunlarına uyğun olaraq səyahət etmək, habelə humanitar səbəblərdən Estoniyaya daxil olan Rusiya vətəndaşları üçün yaşayış icazəsini bir il müddətinə uzadılmasına qərar verib.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Marketinq nə demədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
ƏDV geri al və onun üstünlükləri
5 liderlik göstəricisi
Dünyanın ən çox maaş verən şirkətləri