Estoniya sentyabrın 19-da rusların ölkəyə girişinə qadağa qoyacaq
Sentyabrın 19-dan Estoniya Rusiya vətəndaşlarının, o cümlədən üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olanların ölkəyə girişini qadağan edir.
KONKRET.az "Interfax"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.
Onun sözlərinə görə, saat 00:00-dan etibarən ruslar Şengen vizasını hansı ölkənin verdiyindən asılı olmayaraq bu dövlətlərin ərazisinə daxil ola bilməyəcəklər.
"Estoniyaya Şengen vizası ilə gəlməyin, burada xoş qarşılanmırsınız", – deyə nazir ruslara müraciət edib.
Reinsalu əlavə edib ki, qadağa turist vizası ilə səyahət edən şəxslərə şamil edilir. Qohumları ilə görüşmək və ya digər humanitar səbəblərdən ölkəyə gəlmək istəyənlərə bu qadağa təsir etmir.
Qeyd edək ki, avqustun 31-də Aİ xarici işlər nazirləri Praqada keçirilən qeyri-rəsmi görüşdə ruslar üçün ümumavropa viza məhdudiyyətinin mümkünlüyünü müzakirə ediblər.
Bununla belə, Şengen vizalarının verilməsinə qadağa qoyulması barədə yekdil qərara nail olunmayıb.
Baltikyanı ölkələr Aİ-nin digər üzvlərinin qərarına baxmayaraq, Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmağa razılaşıblar. Finlandiya bu cür tədbirləri Avropa Komissiyası səviyyəsində razılaşdırılmayana qədər tətbiq etməyəcəyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza