Etiketdə bir, kassada başqa: "Viva Desserts" alıcılarını aldatdı
İstehlakçılar bəzən dadlı bir şirniyyat almaq istəyərkən, kassada xoşagəlməz sürprizlə qarşılaşırlar. Belə hallardan biri də "Viva Desserts" MMC ilə bağlı baş verib.
"Rahat Market"in aldatma siyasəti davam edir - 3 DƏFƏ CƏRİMƏ YAZILDI!
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində şirkətin istehlakçı hüquqlarını pozduğu müəyyən olunub.
10 aprel 2025-ci il tarixində tərtib edilən inzibati xəta haqqında protokola əsasən, "Viva Desserts" MMC qida məhsulunu üzərində göstərilən qiymətdən daha baha qiymətə satıb. Yəni, vitrindəki etiketdə bir qiymət yazılsa da, kassada ondan yüksək məbləğ tələb edilib.
Bu hal "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edir. Hüquq pozuntusunun əlamətləri isə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində əks olunub. Həmin maddəyə görə, malın hesabına dair istehlakçıların az miqdarda aldadılması belə hüquq pozuntusu hesab edilir və inzibati məsuliyyətə səbəb olur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab