Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: "Embawood" cərimələndi
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi istehlakçı hüquqlarının pozulması ilə bağlı "Embawood" MMC barəsində inzibati protokol tərtib edib.
"McDonald"s Azərbaycan" 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO
FED.az xəbər verir ki, Agentliyin apardığı araşdırmalara əsasən, şirkət bir neçə istiqamətdə qanun pozuntusuna yol verib. İlk növbədə, qüsurlu malın geri qaytarılması tələbinə imtina cavabı verilib ki, bu da alıcının əsas hüquqlarının pozulması deməkdir.
Digər bir ciddi məqam isə istehlakçı ilə bağlanmış müqavilədədir. Müəyyən olunub ki, müqaviləyə qanunvericiliklə nəzərdə tutulan hüquqlardan kənar, alıcının hüquqlarını məhdudlaşdıran əlavə şərtlər daxil edilib. Bu isə həm etik, həm də hüquqi baxımdan yolverilməzdir.
Məsələ ilə bağlı 05 mart 2025-ci il tarixində protokol tərtib edilib. Qanun pozuntusu "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci və 16-cı maddələrinə ziddir.
Baş vermiş hüquq pozuntuları İnzibati Xətalar Məcəlləsinə əsasən aşağıdakı qaydada qiymətləndirilib:
Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması – bu hal İXM-in 444.2-ci maddəsinə əsasən məsuliyyət yaradır.
Müqaviləyə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi isə İXM-in 447.0.9-cu maddəsinə uyğun olaraq inzibati xəta hesab edilir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab