Faiq Ağayev: "İçim ağlaya-ağlaya gülməyi ondan öyrəndim
Faiq Ağayev: "İçim ağlaya-ağlaya gülməyi ondan öyrəndim"
"Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev verilişlərin birində mərhum Xalq artisti Yaşar Nuri haqda danışarkən deyib.
Sənətçi aktyorun bəzi danışıqlarının ona atasını xatırlatdığını bildirib:
"Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu var idi. Məni həmişə soyadımla çağırardı. Ağayev, televizoru, radionu yandırıram, elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram.
Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi. Karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün. Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi. Ailəsiylə əlaqə saxlayırıq. Doğmamı itirdim, içim sındı. Ustad, əminəm ki, yerin rahatdır. Allahın sevimli bəndələrindən biri idin. Görüşənədək ustad, gəlib əlindən öpəcəm".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən zəngin idmançıları
Kriptovalyuta nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?