"Faiz artırmağı yavaşlatmaq üçün hələ tezdir"
Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü İzabel Şnabel (Isabel Schnabel) inflyasiyanın hələ də yüksək olduğu bir mühitdə faiz artırmağı yavaşlatmağın tez olacağını bildirib.
Marja xəbər verir ki, İzabel Şnabel inflyasiyanın Avrozona iqtisadiyyatını hələ də təhdid etdiyini, ona görə də faiz artırmağa davam etmək lazım olduğunu bildirib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bankın "Şahin" üzvlərindən olan Şnabel, bəzi ECB rəsmilərinin faiz artırımı tempinin yavaşlayacağını dedikdən sonra bu haqda düşünməyin tez olduğunu ifadə edərək, "İndiyə qədərki məlumatlar göstərir ki, artım sürətini yavaşlatmaq tezdir", deyib.
Digər tərəfdən, ECB vitse-prezidenti Luis de Guindos, növbəti addımın məlumatlardan asılı olacağını söyləyib.
Oktyabrda Avrozonada inflyasiya rekord həddə - 10,6%-ə çatıb. Guindos inflyasiyanın gələn ilin birinci yarısından etibarən azalmağa başlayacağını bildirib. / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd