"Faizin artırılması davam edərsə, bu, yenidən dollara tələbin armasına səbəb ola bilər" - GÜNƏ BAXIŞ
FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gündür davam edən iclasının monetar siyatəin gələcəyinə dair qərarlarından sonra birjalarda qarışıq tendensiya müşahidə olunub.
FED uçot faiz dərəcəsiini proqnozlaşdırıldığı kimi dəyişməyərək, 5-5.25% aralığında sabit saxlayıb.
Bankdan verilən açıqlamada, iclasda federal fondların faiz aralığının sabit saxlanılmasının FOMC-yə alınan məlumatları və bunun monetar siyasətə təsirlərini qiymətləndirməyə imkan verəcəyinə diqqət çəkilib.
FED bu ilin sonu üçün federal fondların uçot dərəcəsi ilə bağlı proqnozunu 5.1%-dən 5.6%-ə qaldırdı ki, bu da ilin sonunda mümkün əlavə faiz artımlarına işarə etdi. FED-in faiz dərəcəsi proqnozu 2024-cü il üçün 4.3%-dən 4.6%-ə, 2025-ci il üçün isə 3.1%-dən 3.4%-ə qaldırılıb.
Faiz artımları proqnozlarına dair irəliləyən günlərdə digər FED rəsmilərinin çıxışlarında da mesajlar yer alarsa, bu yenidən dollara tələbin armasına səbəb ola bilər.
Dünən 102.65 bən hədlərinə qədər geriləyən dollar indeksi, faiz artımı proqnozları fonunda yenidən 103.30 bəndə yüksəlib. Əgər DXY 103.50 bənd həddindəki psixoloji səviyyənin üzərində möhkəmlənə bilsə, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
FED-in faiz artımı ehtimalları fonunda qızıl kəskin ucuzlaşdı. "Ayılar" qızılın bir unsiya üzrə qiymətini son 3 ayda aktuallığını qoruyan 1941$ səviyyəsindəki dəstək həddinin altına sala bildilər. Hazırda 1934$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1931$-ın altında düşsə, eniş tendensiyası 1923$ və 1900$ hədlərinə kimi davam edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
Necə Bitcoin almaq olar?
Evdə biznes qurmağın yolları
Dünyanın ən varlı 10 müğənnisi
İKEA şirkətinin tarixi