FED 2025 və 2026-cı illər üçün iclasların tarixlərini açıqlayıb
ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi bankı) 2025 və 2026-cı illər üçün yığıncaq cədvəlini açıqlayıb.
Marja.az FED-ə istinadən xəbər verir ki, Bankın Federal Açıq Bazar Komitəsinin (FOMC - Federal Open Market Committee) bu illərdə keçirilməsi planlaşdırılan iclaslarının tarixləri yer alıb.
FOMC hər il olduğu kimi 2025 və 2026-cı illərdə 8 dəfə görüşəcək.
Müvafiq olaraq, FOMC iclasları 2025-ci ildə 28-29 yanvar, 18-19 mart, 6-7 may, 17-18 iyun, 29-30 iyul, 16-17 sentyabr, 28-29 oktyabr və 9-10 dekabr tarixlərində keçiriləcək.
Bankın iclasları 2026-cı ildə 27-28 yanvar, 17-18 mart, 28-29 aprel, 16-17 iyun, 28-29 iyul, 15-16 sentyabr, 27-28 oktyabr və 8-9 dekabr tarixlərində keçiriləcək.
Bundan əlavə, 26-27 yanvar tarixlərində 2027-ci ilin ilk FOMC iclası keçiriləcək.
Açıqlamada, pul siyasəti qərarı barədə press-relizin FOMC iclaslarının ikinci günündə dərc ediləcəyi, daha sonra FED sədrinin mətbuat konfransı keçirəcəyi bildirilib.
FED-in bu ilin qalan dövrü üçün üç iclası - 17-18 sentyabr, 6-7 noyabr və 17-18 dekabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, FED-in pul siyasətini FOMC müəyyən edir.

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır
Onlayn biznes ideyaları
Onlayn biznes növləri
Ən bahalı otellər hansılardır?
Bitcoin necə işləyir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?