FED Bu həftə faiz qərarını açıqlayacaq
ABŞ Mərkəzi Bankı (FED) 18 dekabr 2024-cü il tarixində faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, FED-in bu həftə faiz dərəcələrini 0,25 bənd də aşağı salacağı gözlənilir.
İnvestorlar iclasdan sonra keçiriləcək mətbuat konfransında FED sədri Cerom Pauelin verəcəyi açıqlamalarda bankın gələcək siyasətləri ilə bağlı ipuclarının axtaracaqlar.
Son zamanlar dünyada artan geosiyasi risklər, Cənubi Koreya və Fransada dərinləşən siyasi böhranlar bazarlara da təsir edir. Ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi məlumatlardan alınan siqnallar inflyasiya ilə mübarizənin gözləniləndən daha uzun müddət çəkə biləcəyinə dair narahatlıqları artırıb.
ABŞ-da açıqlanan məlumatlar iqtisadiyyatın "yumşaq eniş" edə biləcəyi gözləntilərini gücləndirsə də, FED-in gələcəkdə aparacağı siyasətlər ilə bağlı sual işarələri qalmaqdadır.
Yanvarın 20-də ABŞ prezidentliyinə başlayacaq Donald Trampın siyasətlərinin iqtisadiyyata mümkün təsirləri ilə bağlı qeyri-müəyyənlik davam edərkən, investorlar Trampın siyasətləri ilə FED-in atacağı addımlar arasında uyğunsuzluq ola biləcəyindən də narahatdırlar.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?