"Fed ehtiyatla hərəkət etməlidir"

"Fed ehtiyatla hərəkət etməlidir""ABŞ Federal Ehtiyat Sistemi (Fed) bu il faiz dərəcələrini bir qədər də azalda bilər, lakin yavaşlayan iqtisadi artım gözləntiləri ilə dayanmış inflyasiya azalmaları arasında diqqətli balans saxlamalıdır".
Bu sözləri BVF-nin (Beynəlxalq Valyuta Fondunun) rəhbəri Kristalina Georgieva bildirib.

Biznes.az xəbər verir ki, Georgieva vurğulayıb ki, ABŞ iqtisadiyyatı inkişaf edib və ikinci rübdəki 3,8 faizlik artım ilə gözləntilərin çoxunu üstələyib. İşə qəbul proseslərinin əvvəlki qədər güclü olmadığına dair siqnallara baxmayaraq, istehlakçı tələbinin hələ də güclü qaldığını qeyd edib.

"Tam aydın olmayan bir mənzərə var", – deyə Georgieva bildirib:

"Belə bir şəraitdə, inflyasiyanın azalmasının dayanması və eyni zamanda iqtisadiyyatın bir qədər zəifləyə bilməsi fonunda, Fedin düzgün qərar verməsi çox vacibdir."
O əlavə edib ki, BVF yeni iqtisadi göstəriciləri yaxından izləyir. Əgər xidmət sektorundakı inflyasiya COVID-dən əvvəlki səviyyələrdən təxminən 1 faiz yüksək səviyyədə qalmaqda davam edərsə və daha yüksək tarif xərcləri bununla birləşərsə, ABŞ-da inflyasiya mənzərəsi "bir qədər daha narahatedici" ola bilər.

Georgieva qeyd edib ki, istehlakçılar hələ ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərin bütün təsirini hiss etməyiblər, çünki bəzi şirkətlər gömrük rüsumları artmazdan əvvəl ehtiyat (stok) yığır və bəziləri isə geniş mənfəət marjları hesabına bu xərcləri öz üzərinə götürür:

"Ticarət üzrə orta çəkili tarif dərəcəsi hazırda aprel ayında gözlənilən 23 faizdən aşağı, təxminən 17,5 faiz səviyyəsindədir, lakin real (faktiki) tarif dərəcəsi hələlik 10 faizdən aşağı qalır".

Qeyd edək ki, tarif dərəcələrinin hələ də dəyişkən olması və bəzi şirkətlərin tariflərin tam təsirini istehlakçılara ötürməmək üçün daha az mənfəət tamponuna malik olması səbəbindən, bu vəziyyətin davam edib-etməyəcəyi hələ qeyri-müəyyəndir.

Xəbərlər     Tarix: 09 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun dollar məzənnəsi dollar manat kursu