FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 0,25 faiz bəndi azaldaraq 4%- 4.25% aralığından 3,75% - 4% aralığına endirib. Bazarlara da FED-in fizlərini 0,25 faiz bəndi azaldacağı gözlənilirdi.
Bundan əlavə, Fed 1 dekabrdan balansın azaldılmasını dayandıracağını açıqlayıb.
Beləliklə, ABŞ Federal Ehtiyat Sisteminin (Fed, ABŞ Mərkəzi Bankı) siyasətçiləri gecəlik kredit faiz dərəcəsini 0,25 faiz bəndi (25 baza bəndi) azaltmaq qərarını açıqlayıblar. Bununla da əsas faiz dərəcəsi 3,75%–4,00% aralığında hədəflənəcək.
FED sonuncu dəfə sentyabr iclasında 25 baza bəndi endirim etmişdi və bu, ötən ilin dekabrından bəri ilk faiz azaldılması idi.
Bakı vaxtı ilə saat 22:30-da FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq.
ABŞ-da Federal hökumətin bağlanması məşğulluq və inflyasiya ilə bağlı əsas hesabatların açıqlanması gecikdiyi üçün siyasətçilər iqtisadi məlumatların olmaması ilə üzləşirlər.
İclasdan sonrakı bəyanatda ABŞ Mərkəzi Bankının Federal Açıq Bazar Komitəsi (FOMC) iqtisadi məlumat çatışmazlığının yaratdığı qeyri-müəyyənliyi qəbul edərək, ümumi iqtisadi vəziyyətlə bağlı qiymətləndirməsini daha ehtiyatlı formada ifadə edib.
Bəyanatda deyilir:
"Mövcud göstəricilər iqtisadi fəaliyyətin orta templə genişləndiyini göstərir. Bu il ərzində məşğulluq artımı yavaşlayıb, işsizlik səviyyəsi bir qədər yüksəlsə də, avqust ayına qədər aşağı səviyyədə qalıb; son göstəricilər də bu meyillə uzlaşır. İnflyasiya ilin əvvəlindən bu yana artıb və müəyyən qədər yüksək səviyyədə qalır."
Gözlənildiyi kimi, Federal Ehtiyat Sistemi (Fed) çərşənbə günü əsas faiz dərəcəsini 25 baza bəndi (0,25 faiz bəndi) azaldaraq 3,75%–4,00% aralığına endirib. Bu göstərici, ABŞ-da istehlakçılara verilən bir çox kreditlərin faiz dərəcələrinə birbaşa təsir göstərir. Məsələn, ABŞ-da əksər kredit kartları dəyişkən faiz dərəcəsinə malikdir və buna görə federal fond dərəcəsi ilə birbaşa əlaqəlidir. Fed faizləri azaltdıqda, əsas faiz (prime rate) da enir və bu, kredit kartı borclarının faiz dərəcəsinin azalmasına səbəb ola bilər.
Digər kredit növləri – avtomobil, ipoteka və tələbə kreditləri – daha yavaş təsirlənsə də, hazırkı və gələcək borcalanlar üçün nəticələr doğura bilər.
XXX
FED üzvü Stephen Miran 50 baza bəndi endirimin tərəfdarı olub, digər üzv Jeffrey Schmid isə faiz dərəcəsinin dəyişməz qalması yönündə səs verib.
Qərar mətnində qeyd olunub ki, inflyasiya ilin əvvəlindən yüksəlib və hələ də nisbətən yüksək səviyyədə qalır. Son aylarda məşğulluq risklərinin artdığı vurğulanıb və açıqlanan son məlumatların "işə qəbulun yavaşlaması" müşahidəsini təsdiqlədiyi bildirilib.
FED sədri Jerome Powell (Cerom Pauel) bir neçə gün əvvəlki açıqlamasında balansın azaldılması prosesinin qarşıdakı aylarda başa çatdırıla biləcəyini söyləmişdi. Faiz qərarı, ABŞ federal hökumətinin fəaliyyətinin dayandırıldığı, yəni bəzi əhəmiyyətli iqtisadi göstəricilərin açıqlanmadığı bir şəraitdə qəbul edilib. Powell bu aykı çıxışında əmək bazarındakı risklərə diqqət çəkmiş və Federal Açıq Bazar Komitəsinin (FOMC) əsasən bu risklərə fokuslandığını bildirmişdi. Hökumətin bağlanmasına baxmayaraq, son açıqlanan inflyasiya göstəriciləri bazar gözləntilərindən aşağı olub, bu da Fed-in oktyabr iclasında faiz endirimi qərarı verəcəyi barədə gözləntiləri gücləndirmişdi. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp uzun müddətdir iqtisadiyyatı canlandırmaq məqsədilə Fed sədrini daha aqressiv faiz endirimləri etməyə çağırmışdı.

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı
İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Bill Qeyts kimdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ev şəraitində pul qazanmağın yolları
Digital Card nədir?