FED-in faiz artımı, dolların bahalaşması – Bu, Azərbaycan üçün nə deməkdir?

FED-in faiz artımı, dolların bahalaşması – Bu, Azərbaycan üçün nə deməkdir?BANKER.AZ — ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi yaxud 0.75% artıraraq 2.50%-dən 3,25%-ə yüksəltdi.
Bu xəbərdən sonra dünya birjalarında ABŞ valyutası əksər valyutalar qarşısında bahalaşmağa başladı.
Dünyanın mərkəzi bankı sayılan FED uçot faiz dərəcəsi artımına 2022-ci ilin martından başlayıb. Bunun səbəbi inflyasiyanın yüksək olmasıdır. Ölkədə istehlak qiymətləri indeksi son 40 ilin maksimumundadır. İyunda 9.1%-ə çatan inflyasiya iyulda 8.5%, avqustda isə 8.3%-ə düşüb. FED-in bu qədər faiz artımlarına rəğmən inflyasiya gözləntilərdən daha az zəifləyir. Mərkəzi bank sədri Cerom Pauel ölkənin iqtisadi inkişafı və işsizliyin artmasına səbəb olsa belə, inflyasiya sərinləşənə qədər faiz artımına gedəcəyini bildirir.
Cerom Pauelin dünənki çıxışından məlum oldu ki, yeni proqnozlar bu ilin sonuna qədər uçot faiz dərəcəsinin 4.25%-4.50% aralığına yüksələcəyi və 2023-cü ilin sonunda 4.50%-4.75% səviyyəsində olacağını göstərir. 2024-cü ilə qədər uçot dərəcəsinin azaldılması gözlənilmir.
Faiz artımı təkcə ABŞ-da baş vermir. Yaponiyadan başqa dünyada inkişaf etmiş ölkələrinin hər biri uçot faiz dərəcəsini artırıb.
İqtisadçı-ekspert Natiq Cəfərli Banker.az-a açıqlamasında bildirib ki, dünyada hökumətlər və mərkəzi banklar arzuolunmaz vəziyyətə düşüblər və onların seçim imkanları çox daralıb.
"İndi seçim pis və çox pis arasındadır. Faiz dərəcələrinin artırılmasının əsas səbəbi inflyasiya ilə mübarizədir. FED də mübarizə səbəbindən faizləri qaldırır. FED dünyanın əsas mərkəzi bankı olduğundan digər mərkəzi banklar da ona baxıb müvafiq addımlar atırlar: Avropa, İngiltərə, Çin, Avstraliya və. s.".
Natiq Cəfərli əlavə edir ki, bütün mərkəzi banklar inflyasiyanı cilovlamaq yolunda faizləri yüksəldirlər.
"İqtisadi nəzəriyyəyə görə, həqiqətən də uçot dərəcəsi qalxdıqca bank faizləri artır, pul bahalaşır, kreditlərə çıxış imkanları və kreditə tələb azalır. Nəticə etibarı ilə bu, bir müddət sonra inflyasiyanı azaldan faktora çevrilə bilər. Amma bunun pis tərəfi ondan ibarətdir ki, tələb azaldıqca, uçot dərəcələrinin artması ilə kredit faizlərinin yüksəlməsi səbəbindən iqtisadi aktivlik azalır. Bu isə işsizlik deməkdir, iqtisadiyyatın resessiyası deməkdir. Ona görə də hazırda dünya iqtisadiyyatında "dar boğazda" qalmışıq",- deyə o, bildirir.
N.Cəfərli vurğulayıb ki, bu vəziyyət hökumət və mərkəzi bankların səhvlərinə görə yaranıb: "Pandemiya dövründə dünyanın iqtisadi ayağının çox bərbad idarə olunması nəticəsində çox böyük inflyasiya dalğalarının yaranmasının şahidi olduq. Pandemiya ilə mübarizə adı altında dünya bazarlarına 17 trilyon dollara yaxın pul səpilmişdi. Onun geri çəkilməsi lazımdır ki, inflyasiya azalsın. Bu pullar da geri çəkildikcə iqtisadi durğunluq və resessiya riskləri yüksəlir.
AZƏRBAYCANA NƏ TƏSİRİ VAR?
Banker.az bunun Azərbaycan üçün nə qədər təsirli olacağını ekspertlərdən soruşub.
Azərbaycan 2017-ci ilin martından 1 dollar 1.7000 manat "lövbər" məzənnədə saxlayıb. Neftin barreli 20 dollardan aşağı düşdüyü dövrdə belə məzənnə dəyişməz qaldı. Bəs indi? Təsiri mümkündürmü? Ekspertlər birbaşa təsirin olmasını mümkün görmürlər. Amma bunun iqtisadiyyat üçün zərərli tərəflərinin olduğu bildirilir.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirir ki, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir.
"Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızın milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir"- deyə V.Bayramov bildirir.
N.Cəfərli deyir ki, bunun birbaşa bizə (Azərbaycana) heç bir təsiri yoxdur: "Azərbaycan manatının məzənnəsi inzibati qaydada tənzimlənir, əsasən dollar indeksli sayılır.  Amma dolayı təsirləri var. Dolayı təsirlərdən biri ondan ibarətdir ki, dollar digər valyutalara qarşı dəyər qazandıqca manatın ticarət tərəfdaşlarının məzənnəsinə qarşı dəyişir. Dollar/manat cütlüyünün məzənnəsi, dediyim kimi, dollar indekslidir. Nəticədə də manat avro, ingilis funt-sterlinqi, isveçrə frankına qarşı xeyli bahalaşıb. Son bir ildə manat avro qarşısında az qala 20% bahalaşıb. Bu gün rəsmi məzənnəyə görə 1 avro 1.6710 manatdır".
FED-in faiz artımı, dolların bahalaşması – Bu, Azərbaycan üçün nə deməkdir?Natiq Cəfərli
V.Bayramov qeyd edir ki, Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Dolların məzənnəsinin dəyişib-dəyişməməsi AMB-dən asılıdır.
N.Cəfərli isə Mərkəzi Bankın indiki şəraitdə dolların kursunu dəyişdirməsi ehtimalının sıfıra yaxın olduğunu vurğulayır: "Çünki Azərbaycanda da inflyasiya çox yüksəkdir. Ərzaq inflyasiyası artıq 21%-ə yaxındır. Əgər dollar manat qarşısında bahalaşarsa ölkədə inflyasiyanı daha da sürətləndirən amilə çevrilə bilər. Bu isə ciddi sosial gərginlik və sosial problemlərin artması ilə nəticələnə bilər. Ona görə də hər hansı qaydada Mərkəzi Bank və hökumətin məzənnəyə müdaxilə edəcəyini düşünmürəm". O, deyir ki: "obrazlı desək Azərbaycan manatı həm də kağız neftdir. Neft bahalaşdıqca manata təzyiqlər də azalır. Bir barrel neftin 90 dollar civarında olan qiyməti manata olan təzyiqləri qarşılamaqda ciddi rol oynayır". Digər tərəfdən ekspert bildirir ki, ABŞ dollarının bahalaşması ilə qonşu ölkələrdə valyuta zəifləyir, manatın kursu sabit qaldığından onu paralel olaraq ticarət tərəfdaşlarının valyutalarına qarşı bahalaşdırır . Bu da bahalı manatla ölkə daxilində istehsalı zəiflədir, istehsal etməyi mənasızlaşdırır: "Ona görə də belə qayda (sabit məzənnə) bir müddətdən sonra yerli istehsalı zəiflədəcək. Necə ki, öncəki illərdə biz bunun şahidi olmuşduq. Ona görə də orta və uzun müddətli düşünsək, manatın belə sabit məzənnəsi səbəbindən yerli istehsal və turizm əziyyət çəkəcək".

Banklar     Tarix: 22 sentyabr 2022

Oxşar xəbərlər

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata


iqtisadi xeberler investisiya biznes ideyalari valyuta kurslari dollar kursu