FED-in faiz dərəcələrini 75 bənd artıracağı gözlənilir
ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauel (Jerome Powell) dünənki açıqlamalarında 20-21 sentyabr tarixlərində Federal Açıq Bazar Komitəsinin iclasındafaiz dərəcələrini 75 bənd artıra biləcəyinə işarə edib.
"Etdiyimiz kimi gecikmədən, birbaşa və güclü hərəkət etməliyik. Mən və həmkarlarım bu məqsədə qətiyyətlə sadiqik", - Pauell deyib.
Bank of America Corp., Barclays Plc və Jefferies LLC strateqləri bu açıqlamadan sonra faizin artırılması üzrə sentyabr ayı proqnozlarını 50 baza bəndindən 75 baza bəndinə yüksəldiblər. Oxşar proqnoz dəyişikliyini bir gün əvvəl Goldman Sachs da etmişdi. Swap treyderləri də bu ay 75 bənd artırıma 80% ehtimal verirlər.
Fed-in Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans dünən verdiyi açıqlamada, "Düşünürəm ki, yaxşı bir planımız var. Sentyabr ayında biz 75 baza bəndini yüksəldə bilərik. Hələ son qərarımı verməmişəm. Amma mən bilirəm ki, biz faiz dərəcələrini indi olduğundan xeyli yuxarı qaldırmalıyıq", - deyib.
Yeri düşmüşkən, ABŞ-da ipoteka faizlərinin 2008-ci ildən bəri ən yüksək həddə çatması mənzil bazarında yavaşlamanın getdikcə dərinləşdiyini göstərir. Freddie Mac-a görə, 30 illik ev krediti üzrə orta faiz dərəcəsi keçən həftə 5,66%-dən 5,89%-ə yüksəlib.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Onlayn biznes növləri
Marketinq nə demədir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt