Fed inflyasiya mövzusunda ehtiyatlı davrandı

Fed inflyasiya mövzusunda ehtiyatlı davrandıFed sentyabr ayında əsas faiz dərəcəsini dörddəbir bənd azaldaraq 4,00–4,25 faiz aralığına endirib.

Biznes.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) 16–17 sentyabr tarixlərində keçirilən siyasət iclasına dair protokollar göstərib ki, əksər rəsmilər artan əmək bazarı riskləri səbəbindən faiz dərəcələrinin azaldılmasının zəruri olduğunu düşünür, lakin bir çoxu inflyasiya mövzusunda hələ də ehtiyyatlı mövqedə qalır.

Protokollara əsasən, iştirakçıların çoxu məşğulluqda aşağıyönlü risklərin artdığını qeyd edərək federal fond faiz dərəcəsinin daha neytral səviyyəyə endirilməsinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda, əksər iştirakçılar inflyasiya göstəricilərinin 2 faiz hədəfindən uzaqlaşmasına və tariflərin təsiri ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkərək inflyasiya risklərinin yuxarı istiqamətli olduğunu vurğulayıb.
İştirakçıların çoxu ilin qalan hissəsində pul siyasətinin daha da yumşaldılmasının yəqin ki, məqsədəuyğun olacağını düşünür, lakin faiz endirimlərinin vaxtı və sürəti məsələsi hələ də fikir ayrılığı yaradan əsas müzakirə mövzusudur. Bəzi rəsmilər pul siyasətinin artıq çox sərt olmadığına və buna görə də daha çox faiz endiriminə qarşı ehtiyatlı davranmaq lazım olduğuna inanır. "Bir neçə iştirakçı" faiz dərəcəsinin sabit saxlanmasının faydalı ola biləcəyini müdafiə edib, spektrin digər ucundakı "bir" iştirakçı isə yarım bəndlik daha böyük endirimi dəstəkləyib.

Yeni proqnozlara əsasən, 19 iştirakçı arasında demək olar ki, bərabər bölünmə müşahidə olunub — doqquz nəfər bu il daha iki faiz endirimi gözlədiyini, digər doqquz nəfər isə yalnız bir və ya heç bir əlavə endirim gözləmədiyini bildirib.

Fed sədri Cerom Pauell siyasətin "açıq şəkildə məhdudlaşdırıcı səviyyədə" qaldığını deyib, lakin faiz dərəcələrinin daha da azaldılacağına dair konkret öhdəlikdən yayınaraq ehtiyatlı mövqedə qalıb.
Fed-in növbəti siyasət iclası 28–29 oktyabr tarixlərində keçiriləcək.

Xəbərlər     Tarix: 09 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun dollar məzənnəsi dollar manat kursu