FED sədri faizlər, iqtisadiyyat, seçkilər və onun istefası ehtimalı haqqında danışıb

FED sədri faizlər, iqtisadiyyat, seçkilər və onun istefası ehtimalı haqqında danışıbABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini sentyabrda 0,50 faiz bəndi azaltdıqdan sonra noyabrda da 0,25 faiz də azaltdı. İndi diqqət dekabr toplantısındadır.
ABŞ Federal Ehtiyat Sistemi (Mərkəzi Bank, FED) uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq illik 4,50% - 4,75%-ə qədər endirib. Bu, FED-in 2024-cü ildə ikinci dəfə faiz endirimi qərarıdır. FED sentyabr ayında da uçot dərəcəsini 0,50 faiz bəndi endirib. İnflyasiya hələ də 2% hədəfindən bir qədər yuxarı qalmasına baxmayaraq, FED inflyasiya və məşğulluq hədəflərinə çatmaq üçün risklərin təxminən balanslaşdırılmış olduğuna inanır.
Marja xəbər verir ki, dünən faiz qərarından sonra keçirilmiş mətbuat konfransında FED sədri Jerome Powell (Cerom Pauel) iqtisadiyyat, seçkilər və onun istefası ehtimalı haqqında danışıb.
FED sədri Cerom Pauel mətbuat konfransı zamanı inflyasiyanın "əsaslı şəkildə azaldığını" və 2%-ə qədər "dayanıqlı bir yolda" göründüyünü söyləyib. Bununla belə, rəsmi vurğulayıb ki, ümumi inflyasiyası hədəfə yaxınlaşsa da, baza inflyasiyası hələ də "bir qədər yüksəlib".
Pauel hesab edir ki, əmək bazarı hazırda əhəmiyyətli inflyasiya təzyiqi mənbəyi deyil. Maaş artımı qismən keçən ayki qasırğaların təsiri ilə yavaşlayıb və işsizlik səviyyəsi bir il əvvələ nisbətən nəzərəçarpacaq dərəcədə yüksəkdir, lakin 4.1% səviyyəsində "aşağı" olaraq qalır.
Pauell iqtisadiyyatın FED-in faizləri azaltmağa tələsməməsi üçün kifayət qədər sabit olduğunu vurğulayıb. O, hətta dekabrda keçirilən iclasda uçot dərəcəsinin azaldılmasında fasilə olacağını istisna etməyib.
 FED sədri, "Gözləyib dekabrda işlərin necə getdiyini görəcəyik. Sadəcə gözləmək və məlumatların bizi hara aparacağını görməliyik",- deyib.
Faizlər neytral səviyyəyə yaxınlaşdıqca, FED pul siyasətinin yumşaldılması tempini yavaşlata bilər. Pauel təkrarlayıb ki, o, çox sürətli və ya çox yavaş faiz endiriminin təhlükələrini dərk edir. Faizlərin sürətli azaldılması inflyasiyanın azaldılmasında irəliləyişə mane ola bilər. Həmçinin faizlərin çox ləng azaldılması "iqtisadi aktivliyi və məşğulluğu lazımsız şəkildə zəiflədə bilər" deyib.
Gözlənildiyi kimi, Pauell yeni Tramp administrasiyasının iqtisadi siyasətini birbaşa şərh etməkdən çəkinib. Pauell bildirib ki, seçkilər yaxın müddətdə FED-in qərarlarına "heç bir təsir göstərməyəcək". Amma tənzimləyicinin rəhbəri etiraf edib ki, zaman keçdikcə hökumətin və Konqresin hərəkətləri ABŞ iqtisadiyyatına təsir edə bilər və FED bunu öz proqnozlarında nəzərə alacaq.
Lakin Pauell bildirib ki, prezident ondan istefa verməsini istəsə, istefa verməyəcək. FED-in hazırkı sədrinin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır və Pauellin Trampın təzyiqi ilə daha tez vəzifəsini tərk edə biləcəyi ilə bağlı fikirlər var. Lakin Cerom Pauell xatırladıb ki, qanuna görə, prezident FED rəhbərini vəzifəsindən azad edə bilməz. / marja.az

Maliyyə     Tarix: 08 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri