FED sədrinin açıqlamaları bazarların istiqaməti ilə bağlı həlledici rol oynaya bilər - GÜNƏ BAXIŞ

FED sədrinin açıqlamaları bazarların istiqaməti ilə bağlı həlledici rol oynaya bilər - GÜNƏ BAXIŞDünən FED-in bu il üçün nəzərdə tutulmuş sonuncu və kritik toplantısı öncəsi ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) noyabrda aylıq 0.1%, illik müqayisədə isə 7.1%-lə proqnozlaşdırılandan az açıqlandı. Beləliklə, ABŞ-da inflyasiya illik müqayisədə 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
İstehlak Qiymətlərinin Baza İndeksi də aylıq 0.2%, illik 6% göstərici ilə bazar gözləntilərinin altında qaldı.
İnflyasiyanın azalması FED-in faiz artımlarının sürətində yavaşlama ehtimallarını da artırdı. "CPİ"-dan sonra FED-in bu gün baş tutacaq toplantısında 79.4% faiz ehtimalı ilə uçot dərəcələrini 50 bənd artıracağı, 20.6 faiz ehtimalı ilə isə 75 bənd artırmağa davam edəcəyi təxmin edilir.
Həmçinin FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının monetar siyasətlə bağlı qərar mətnində ediləcək dəyişikliklər və FED sədri Jerom Pavelin açıqlamaları bazarların istiqaməti ilə bağlı həlledici rol oynaya bilər.
Hazırda dollar indeksində qiymətlər 103.50 səviyyəsindəki psixolji bariyer səviyyəsində qərarlaşıb. Əgər bu hədd aşağıya doğru qırılarsa, qiymətlər bu ilin sentyabrından etibarən formalaşan aşağı istiqamətlənmiş kanalın dəstək xəttini test edə bilər ki, bu da 100 bənd hədlərinə təsadüf edir.
Bu gün həmçinin İngiltərədə açıqlanaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl kəskin bahalaşdı. Təhlillərə əsasən hazırda 1809$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1813$ həddini qıra bilsə, 1836$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin  Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 14 dekabr 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank