Fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi üçün necə müraciət etmək lazımdır?

Fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi üçün necə müraciət etmək lazımdır?Vətəndaşları maraqlandıran məsələlərdən biri də fərdi yaşayış evlərinə qaz xəttinin çəkilişi zamanı müraciət qaydası, xidmət haqqının müəyyən edilməsi, ödənilməsi şərtləri və bu xidmətləri təqdim edən podratçı şirkətlərlə bağlıdır. Qeyd edilən məsələlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisar subyektləri ilə iş sektorunun müdiri Vasif Həsənov suallarımızı cavablandırıb.
Fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi üçün necə müraciət etmək lazımdır?Fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi ilə bağlı istehlakçılar necə müraciət etməlidir?
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək quraşdırma işləri istehlakçının seçdiyi podratçı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Vətəndaşlar onlara məxsus yaşayış sahələrinin qazla təchiz edilməsi üçün qanunvericiliyin tələbləri əsasında, müvafiq sənədlərlə birlikdə "ASAN Xidmət" və ya  "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.
Fərdi yaşayış evlərinə qaz xətti çəkilərkən xidmət haqları necə müəyyən edilir və kim tərəfindən ödənilir?
Qazlaşdırılma prosesinin sürətləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi  məqsədilə  dövlət və vətəndaş sifarişləri əsasında müvafiq sahədə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatlarına imkan yaradılır. İcra olunan işlər müstəqil sahibkarlıq subyekti olan tikinti təşkilatları ilə vətəndaşlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir, işlərin dəyəri tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur və həmin təşkilatın bank hesabına köçürülür. Fərdi yaşayış evləri qazlaşdırılarkən müvafiq sayğacların qaz xəttinin üzərində quraşdırılması "Azəriqaz" İB tərəfindən ödənişsiz həyata keçirilir.
Fərdi yaşayış evlərinin qazlaşdırılması xidmətini göstərən podratçılar barədə məlumatı necə əldə etmək olar?
Təbii inhisarlara dövlət nəzarəti çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fərdi yaşayış evlərinin qazlaşdırılması xidmətini göstərən podratçıların siyahısı tərtib edilib. Hazırda həmin siyahı ictimaiyyətin məlumatlandırılması məqsədilə Xidmətin rəsmi internet səhifəsində "Məlumat Mərkəzi" bölməsinin "Vacib məlumatlar" alt-bölməsində yerləşdirilib (). Eyni zamanda həmin məlumatlara "Azəriqaz" İB-nin rəsmi internet saytından keçid etmək imkanı yaradılıb.
Siyahının tərtib edilməsinin istehlakçılar üçün hansı faydaları var?
Mövcud siyahı tərtib edilənədək istehlakçılar podratçılar barədə geniş məlumata malik deyildilər. Bu da həmin xidmətdən istifadə edtmək istəyən istehlakçıların seçim imkanlarını məhdudlaşdırırdı. 
Hazırda müvafiq siyahının tərtib olunması məlumatların əhali üçün əlçatanlığından əlavə, qazlaşdırma sahəsində rəqabət mühitinin yaradılması, lisenziyaya malik olan podratçıların mövcud bazarda bərabər şəraitdə fəaliyyətinin təmin edilməsi, göstərilən xidmətlər üzrə formalaşan qiymətlərə subyektiv təsirlərin azaldılması və qiymətlərin bazar prinsipləri üzrə tələb-təklif əsasında formalaşmasına imkan yaradır.
Qazlaşdırma sahəsində xidmətlərin yerinə yetirilməsi üzrə müvafiq lisenziya əldə edən podratçı həmin siyahıya əlavə olunması üçün nə etməlidir?
Sahibkarlar qazlaşdırma sahəsində fəaliyyət göstərmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, ilk növbədə təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziya əldə etməlidirlər. Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə  müraciət etməklə podratçıların siyahısına əlavə edilə bilərlər.  / banker.az

Xəbərlər     Tarix: 08 avqust 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler pul qazanmaq dollar mezenne avtomobil xeberleri kripto