FHN-də çəkilən intim videolardakı qadınlarla bağlı ŞOK İDDİA - 'Onlar məcbur edilib

FHN-də çəkilən intim videolardakı qadınlarla bağlı ŞOK İDDİA - 'Onlar məcbur edilibÖtən gün Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.
azxeber.com xəbər verir ki, yayılan video qısa zaman ərzində sosial şəbəkələrdə gündəm olub, eyni zamanda izləyicilər tərəfindən böyük müzakirələrə səbəb olub.
Görüntülərlə bağlı "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. 
Onun sözlərinə görə, bu qadınlar seksual qısnamaya məcbur ediliblər. O bildirib ki, Azərbaycan Respublikasının Qanunun 4 maddəsinə görə seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiq yolverilməzdir. 
Mehriban Zeynalova azxeber.com-a açıqlamasında bildirib ki, bu videoların yayılması doğru deyil və bu cür hallar qadınların həyatı üçün böyük zərbədir:
 FHN-də çəkilən intim videolardakı qadınlarla bağlı ŞOK İDDİA - 'Onlar məcbur edilib"Əgər bu münasibət iki nəfərin razılığı ilə olubsa belə, yenə də iş yerində belə bir şey etmək doğru deyil. Bu videoların yayılmasında hər iki tərəfin günahı var. Belə olan halda yalnız tək tərəfi qınamaq və ya vəzifəsindən uzaqlaşdırmaq düzgün deyil. Hər iki tərəf cəzalanmalıdır. Məni narahat edən məsələ ondan ibarətdir ki, bu tip videoları yaymaq qadınların rəsmi orqanlarda işləməsinə zərbə vura bilər. Bu isə qadınların dövlət orqanlarında təmsil olunmasını azaldacaq, ümumi işin gedişatına xeyir verə biləcək qadınların da işləməsinin qarşısını alacaq. Getdikcə bu tip videolar daha çox yayılır və mən bunun tərəfdarı deyiləm. Bəlkə də məqsəd qadınların bu cür işlərdə çalışmasını bilərəkdən azaltmaq, qadağaları artırmaqdır. Dəqiq bilmirəm, müxtəlif məqsədlər də ola bilər. Amma bütün hallarda bu yolverilməzdir".
Qeyd edək ki, görüntülərdəki şəxs FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Zaur Mirzəyevdir. O, öz əməkdaşları ilə xidməti otağında cinsi münasibətə girir və həmin anları lentə alır. Kadrların 2014-cü ildə çəkildiyi bildirilir. Əvvəlcə bu görüntülərin başqaları tərəfindən çəkildiyi iddia olunurdu. Amma sonradan yayılan digər görüntülərlə intim videoların Z. Mirzəyevin özü tərəfindən çəkildiyi təsdiqini tapdı. Belə ki, görüntülərdən birindən onun kameranı necə nizamladığı aydın olur.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, videolardakı qadınların bir neçəsi ailəlidir. 
O da qeyd olunur ki, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Z. Mirzəyev bütün bu "əməliyyatları" FHN-in Xətai rayonundakı inzibati binasında həyata keçirib.
"Qəhrəman" Zaur Mirzəyevin şəxsi köməkçisi olduğu general-mayor Füzuli Əsədov keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır və o uzun illərdir ki, FHN-də önəmli vəzifələri icra edir. 
Ayşən Mirzəyeva

Xəbərlər     Tarix: 16 avqust 2022

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler dollar manat kursu kripto internetden pul qazanmaq biznes ideyalari