"FINCA Azerbaijan" 2023-ci ilin maliyyə hesabatını açıqlayıb
"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı 2023-cü ili 3 milyon 908 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili isə 3 milyon 267 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "FINCA Azerbaijan"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 641 min manat və ya 19.6% artıb. "FINCA Azerbaijan"ın faiz gəlirləri 2022-ci ildə 11 milyon 854 min manat ikən, 2023-cü ildə 17 milyon 713 min manata yüksəlib (5 milyon 859 min manat və ya 49,4% artıb).
2023-cü il ərzində "FINCA Azerbaijan" təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə 77 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 27%-ə kimi artırıb. "FINCA Azerbaijan" 2024-cü ildə öz əməliyyatlarının səmərəliliyini artırmağa davam edəcəyini planlaşdırır.
"FINCA Azerbaijan" 2023-cü il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini mövcud mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir. "Aztəminatlı insanlara və kiçik təsərrüfat sahiblərinə öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi "FINCA Azerbaijan" təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb", - təşkilatdan bildirilib.
"FINCA Azerbaijan" eyni zamanda yenilənmiş finca.az saytı ilə müştəri müraciətlərini onlayn şəkildə qəbul etməyə davam edir.
"FINCA Azerbaijan" haqqında
"FINCA Azerbaijan" məsuliyyətli maliyyələşmə sahəsind ə aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1999-cu ildə qoyulmuş "FINCA Azerbaijan", "FINCA Impact Finance" təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. "FINCA Azerbaijan" fəaliyyəti haqqında ətraflı məlumat üçün saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt