"Fitch" ABŞ-ın reytinqini ENDİRDİ - SƏBƏB
"Fitch Ratings" ABŞ-ın xarici valyutada uzunmüddətli kredit reytinqini "AAA"dan sabit proqnozla "AA+"a endirib.
KONKRET.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.
Belə ki, reytinqin aşağı salınması fiskal vəziyyətin növbəti üç ildə daha da pisləşəcəyi gözləntiləri, yüksək borc yükü, tənəzzül təhlükəsinin davam etməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ilə bağlı olub.
Həmçinin azalma amilləri arasında son iki onillikdə idarəolunmanın pisləşməsi də var ki, bunu dövlət borcunun limiti məsələsi ilə bağlı ziddiyyətlər və son anda qəbul edilən qərarlar göstərir.
Ağ Ev "Fitch"in qərarı ilə razılaşmayıb.
ABŞ-ın maliyyə naziri Canet Yellen də reytinqin aşağı salınması ilə razılaşmadığını bildirib:
"Fitch Ratings" tərəfindən bu gün elan edilən dəyişiklik özbaşınadır və köhnəlmiş məlumatlara əsaslanır".
İqbal Rzayev,
KONKRET.az
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör