"Fitch" Azərbaycan Mərkəzi Bankının fəaliyyətinin səmərəli olduğunu qeyd edib
Xəbər verdiyimiz kimi, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defoltunun reytinqini (IDR) "BB+"dan "BBB-"yə yüksəldib. Proqnoz "sabit"dir.
Agentliyin qərar ilə bağlı yaydığı press-relizdə bildirilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən daxili likvidliyin və valyuta tələbinin idarə edilməsi potensialının gücləndirilməsi və alətlərin genişləndirilməsi bank sektorunun sağlamlaşdırılmasına töhfə vermişdir. O cümlədən Mərkəzi Bank tərəfindən xarici borcun və maliyyə dollarlaşması səviyyəsinin (Müqayisə üçün: 2024-cü ilin mayında 40%-lik göstərici ilə 2015-ci ilin sonundakı 81,6%-lik yüksək həddin yarısından daha az olmuşdur) endirilməsi ilə valyuta riskinə qarşı həssaslığın azaldılması makro-maliyyə sabitliyinə risk yaratmadan və ya suveren balansın əhəmiyyətli dərəcədə aşınmasına yol vermədən de-fakto sabitliyi qorumaq qabiliyyətini artıracaqdır.
Məlumatda qeyd edilib ki, Mərkəzi Bank aralıq əməliyyat hədəfi kimi valyuta məzənnəsindən istifadə edir. Mərkəzi Bank 2022-ci ildən artıq daxili likvidliyi idarə etmək və əsas siyasət dərəcəsinin ötürücülüyünü artırmaq imkanlarını təkmilləşdirmişdir. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları