"Fitch" neftin qiyməti ilə bağlı proqnozunu artırıb
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə neftin qiymətləri, eləcə də gələn il və 2026-cı ildə Avropada təbii qazın qiyməti ilə bağlı proqnozunu artırıb.
Agentlik bildirir ki, neft qiymətlərinə yenidən baxılması OPEC+ alyansının tədarük həcmini ciddi nəzarət altında saxlamağa davam etməsi ilə bağlıdır. Analitiklər qaz qiymətlərinin orta müddətli perspektivdə kifayət qədər yüksək qalacağını proqnozlaşdırırlar, çünki Qətər və ABŞ-da yeni layihələrlə bağlı qlobal mayeləşdirilmiş qaz ixrac imkanlarında əhəmiyyətli artımlar 2026-cı ilə qədər baş verməyəcək.
Eyni zamanda ekspertlər Amerikanın "Henry Hub"ında qazın qiyməti ilə bağlı əvvəlki təxminlərini olduğu kimi saxlayıblar. "ABŞ-ın qaz hasilatının artımı istehlak artımını üstələməkdə davam edir, baxmayaraq ki, fərq gözlədiyimiz kimi daralıb", – ekspertlər vurğulayırlar.
ABŞ-da qaz qazma qurğularının sayı bir il əvvəl təxminən 160 idisə, bu il 118-ə düşüb. Bu, istehsalın artımının yavaşlamasına səbəb olacaq, lakin müəyyən geriləmə ilə. Onlar həmçinin qeyd edirlər ki, "Henry Hub"ın qiymətləri çox dəyişkəndir və hava şəraitindən asılıdır. Ən azından qısa müddətdə belə qalacaqlar. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Swift nədir?
ƏDV geri al və onun üstünlükləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes nədir?