Fransada istehlak qiymətləri iyul ayında 6.1 faiz bahalaşıb
Fransada inflyasiya iyul ayında illik ifadədə 6.1 faiz təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 0.3 faiz çoxdur.
Bu barədə Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun saytında dərc olunan hesabatda deyilir.
"İlkin hesablamalara görə, iyul ayında istehlak qiymətləri illik ifadədə 6.1 faiz yüksəlib. Ötən ay isə inflyasiya 5.8 faiz təşkil edib", – deyə hesabatda bildirilir. Qurumun məlumatına görə, inflyasiya əsasən yay aylarında xidmətlərin və ərzaq qiymətlərinin bahalaşma sürəti ilə əlaqədardır.
İyulun ortalarında Fransa Bankının prezidenti Fransua Vilrua de Qalo ölkədə inflyasiyanın 2023-cü ilin əvvəlinə qədər yüksək səviyyədə qalacağını, bundan sonra isə azalmağa başlayacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, Fransa Avrozonada Maltadan sonra inflyasiyanin ən aşağı olduğu ikinci ölkədir. Fransa Bankı və Avropa Mərkəzi Bankı 2024-cü ilə qədər inflyasiyanın 2 faizədək azaldılması üçün tədbirlər görəcək.
Fransanın Baş naziri Elizabet Born bir müddət öncə vətəndaşların qiymət artımından müdafiəsi məsələsini hökumət üçün prioritet adlandırıb. Nazirlər Kabineti əhaliyə dəstək və artan qiymətləri kompensasiya etmək üçün fransızların bank hesablarına birbaşa vəsaitlərin köçürülməsi, habelə aztəminatlı ailələrə ərzaq çeklərinin verilməsi imkanlarını nəzərdən keçirir.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c