Fransanın müdafiə şirkəti türklərə satılır
Fransız müdafiə şirkəti Manurhin, Türkiyənin müdafiə sənayesi şirkətinə satılacaq. 2018-ci ildə BƏƏ tərəfindən alınan şirkət üçün danışıqlara başlanılıb. Fransanın Mulhouse şəhərində fəaliyyət göstərən və sursat istehsalı avadanlıqları sahəsində uzun tarixə malik olan Manurhin, Türkiyənin müdafiə sənayesi şirkəti Arca Defense ilə satış danışıqları aparır.
Biznes.az xəbər verir ki, Manurhin, 2018-ci ildə yaşadığı iflasdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BAE) kapitalı tərəfindən əldə edilmişdi. Lakin Fransız mətbuatına görə, şirkətin hazırkı sahibləri Manurhini "səssizcə" satışa çıxarıb.
Fransız mətbuatı satış üçün Arca Defense ilə danışıqların davam etdiyini və bu prosesin Avropadakı müdafiə sənayesi birləşmələri arasında diqqət çəkən bir inkişaf olduğunu xəbər verib.
Ordulara avadanlıq təmin edir
Manurhin xüsusilə patron istehsalı avadanlıqları sahəsində dünya üzrə aparıcı istehsalçılardan biri hesab olunur. Şirkət uzun illərdir ordulara və müdafiə sənayesi müəssisələrinə avadanlıq tədarük edir.
Fransadakı bəzi müdafiə analitikləri, BAE kapitalının niyə bu qədər strateji əhəmiyyətli bir varlığı əlindən çıxarmaq istədiyini sorğulayır. Arca Defense-in satınalma prosesində nə qədər irəliləyiş əldə etdiyi isə hələ rəsmi şəkildə açıqlanmayıb.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı