Fuad Nəcəfli: "Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını sürətləndirməyə xidmət edəcək

Fuad Nəcəfli: Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək.
O, bunu Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.

Fuad Nəcəfli qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası sona çatacaq və muxtar respublika təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq:
"İllərlə davam edən blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun istifadəyə verilməsi Naxçıvan üçün yeni imkanların qapısını açacaq. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq".
Vurğulanıb ki, Zəngəzur dəhlizi yalnız kommunikasiya xətti deyil, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcıdır. Bu dəhliz bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyət kəsb edir.
Eyni zamanda Fuad Nəcəfli qeyd edib ki, ölkəmizin inkişaf gündəliyində digər prioritet istiqamətlər də yer alır. Bütün respublikada olduğu kimi, Naxçıvanda da rəqəmsal və şəffaf idarəçiliyin – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin qurulması, sosial rifah və məşğulluğun artırılması, xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin yaradılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması və yaşıl enerji layihələrinin həyata keçirilməsi xüsusi önəm daşıyır.
Naxçıvanda ümumi daxili məhsul istehsalı 927 milyon manatı ötüb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, son illərdə aparılan islahatların nəticəsi olaraq muxtar respublikanın dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə azalıb.
"Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb. Bu fakt muxtar respublikada həyata keçirilən islahatların real nəticə verdiyini göstərir", – Fuad Nəcəfli vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin yanvar–iyul aylarında iqtisadi göstəricilər də müsbət dinamikanı əks etdirib:
- ÜDM istehsalı 4,8% artaraq 927,3 milyon manat,
- əhalinin hər nəfərinə düşən ÜDM 4,3% artaraq 1967,1 manat,
- əsas kapitala yönələn investisiyalar 45,9% artaraq 118,4 milyon manat,
- sənaye məhsulu istehsalı 14% artaraq 297,5 milyon manat,
- pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 789,4 milyon manat,
- ödənişli xidmətlər 5,8% artaraq 120,2 milyon manat təşkil edib.
Eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5% artaraq 273 min nəfər, məşğul əhalinin sayı isə 0,8% artaraq 260 min nəfər olub. Orta aylıq əməkhaqqı isə 6,3% artaraq 826 manata çatıb.
Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 565 nəfər, o cümlədən dövlət sektorunda 37 305 nəfər, qeyri-dövlət sektorunda isə 23 260 nəfər təşkil edib.
Büdcə xərclərinin 64%-i yerli yığımlar hesabına maliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33%) xeyli yüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb:
- fiziki şəxslərin gəlir vergisi 19% artaraq 32 milyon manat,
- hüquqi şəxslərin mənfəət vergisi 8% artaraq 13 milyon manat,
- ƏDV 34% artaraq 41 milyon manat,
- aksiz vergisi 34% artaraq 44 milyon manat,
- mədən vergisi 22% artaraq 991 min manat təşkil edib.
Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və bank nağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi eniş müşahidə olunub.
Eyni zamanda, dövlət əmlakından icarə haqları da artıb: dövlət torpaqlarının icarəsindən daxilolmalar 42% artaraq 217,3 min manat, daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manat olub.
2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33% artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57% artaraq 31,8 milyon manat, nağdsız ödənişlər isə 31% artaraq 592,3 milyon manat təşkil edib. Bank hesablarının sayı 11%, ödəniş terminallarının sayı isə 85% yüksəlib. / marja.az

Maliyyə     Tarix: 29 avqust 2025

Oxşar xəbərlər

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"

"Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb

2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumat


iqtisadi xeberler leobank kart valyuta mezennesi emlak xeberleri biznes qurmaq