Gazpromdan Avropaya "soyuq qış" xəbərdarlığı

Gazpromdan Avropaya "soyuq qış" xəbərdarlığıAİ ölkələri 2028-ci ildə Rusiyadan qaz idxalını dayandırmağa hazırlaşarkən, "Qazprom" sərt qışda problemlər yarana biləcəyi barədə xəbərdarlıq edib.

Biznes.az xəbər verir ki, "Qazprom"un rəhbəri Aleksey Miller Rusiyanın "Rossiya-24" dövlət kanalına müsahibəsində bildirib ki, bu il "Sibiriyanın Gücü-1" boru kəməri vasitəsilə Çinə 38 milyard kubmetrdən çox qaz tədarük ediləcək.

Çin və Rusiyanın təbii qaz bazarının ən vacib oyunçuları arasında yer aldığını vurğulayan "Qazprom" rəhbəri Aleksey Miller bildirib:
"Regional baxımdan danışsaq, yaxın gələcəkdə qaz bazarının arxitekturası, ən böyük qaz istehsalçısı olan Rusiya və ən böyük qaz istehlakçısı olan Çin tərəfindən müəyyən ediləcək."

"Avropa çətin vəziyyətdədir"

Miller, Avropa təbii qaz bazarındakı vəziyyətə toxunaraq deyib:

"Onlar olduqca çətin bir vəziyyətdədirlər. Əvvəlcə bərpa olunan enerjiyə ciddi şəkildə yönəldilər və müəyyən mənada uğur da qazandılar. Bəzi ölkələr elektrik enerjisi ehtiyaclarının hamısını bərpa olunan mənbələrdən təmin etdiklərini elan etdilər".

Lakin baş verən "təbii hadisə" nəticəsində vəziyyətin dəyişdiyini qeyd edən Miller əlavə edib:
"Arktik antisiklon səbəbindən nə günəş, nə də külək vardı, bərpa olunan mənbələrin enerji qarışığındakı payı sıfıra düşdü. Avropa isə ənənəvi karbohidrogen mənbələrinə çıxış mübarizəsini uduzdu".

Miller, qış mövsümünün necə keçəcəyinə dair proqnoz verməyin mümkün olmadığını bildirərək deyib:

"Qışın necə keçəcəyini bilmirik. Lakin əgər soyuq bir qış olarsa, Avropa təbii qaz bazarında problemlər yarana bilər. Bu, heç kəsin gizlətmədiyi məlumatlardan da aydın görünür. Qış dövründə Avropa qaz bazarında dalğalanmalar olacaq".

Xəbərlər     Tarix: 21 oktyabr 2025

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler online pul qazanmaq iqtisadiyyat xeberleri bitkoin valyuta xeberleri