Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?Azərbaycanda bankların kredit ödənişlərinin gecikməsinə görə tətbiq etdikləri cərimə faizləri bir-birindən fərqlənir.
Bir çox hallarda gecikmənin müddətindən asılı olaraq tətbiq edilən cərimənin məbləği ümumi borcun əhəmiyyətli hissəsinə çevrilə bilir. Vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizlərinə görə daha da artır.
Maraqlıdır, bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər? Qanunvericilik bu barədə nə deyir? 
Mülki Məcəlləyə görə, kredit müqaviləsi əsasında borcverən pulu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pulu müqavilədə müəyyən edilmiş müddətə faizlərin və digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürməlidir.
Qanunvericiliyə əsasən, borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır.
Aşağıdakı hallar borclunun öhdəliyini gecikdirməsi sayılır:
– Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
– İcra müddəti çatanadək borcverənin etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Əgər borclu müddəti çatdıqdan sonra borcverənin xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə ödənişin icrasına dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
Lakin öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmçinin borclu ödəməni gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.
Ödənişin gecikdirilməsinə gəlincə, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), ödənişlərin gecikdirilməsinə görə faizlər müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə həmin dövr üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Bu da o deməkdir ki, gecikən borc üçün bu həddə cərimə faizi əlavə oluna bilər.   
Ödənişin gecikdirilməsinə görə borcverənə dəyən zərər qeyd edilən faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissənin əvəzini ödəməyi məhkəmə qaydasında və ya onunla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
İstehlak krediti üzrə gecikməyə görə faizlər isə müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə 5 faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Yəni bank krediti illik 15 faizlə veribsə, gecikməyə görə bu faiz 20 faizə qədər artırıla bilər. Bu halda əlavə cərimə, komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 
Gecikdirilmə faizlərinin hesablanması 180 gündən, yəni 6 aydan çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın 2025-ci ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur. / banker.az

Banklar     Tarix: 20 sentyabr 2025

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin