ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı®ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarət və onlayn alış-veriş zamanı qlobal ödəniş vasitələrinə (Apple Pay, Google Pay və s.) rahat yerli alternativdir. "Payriff"-lə tərəfdaşlıq çərçivəsində 20-dən çox onlayn ödəniş mağazalarında ABB Pay-lə ödəniş təcrübəsindən istifadə edə biləcəksiniz.
Müasir və təhlükəsiz fintek alətləri əsasında qurulmuş ABB Pay-lə istifadəçilər kart məlumatlarını təkrar daxil etmədən, cəmi bir neçə toxunuşla alış-verişlərini tamamlaya bilərlər. Bu həll istifadəçi təcrübəsini maksimum asanlaşdırır. Müştərilərə ödəniş prosesini 3 rahat formada icra etmək imkanı yaradır:
QR kod vasitəsilə: alış-veriş səhifəsində əks olunan dinamik QR kodu ABB mobile tətbiqi ilə skan edib ödənişi anında təsdiqləmək mümkündür.
Tətbiq linki (App link) ilə: mobil cihazdan alış-veriş edərkən keçid linki vasitəsilə birbaşa ABB mobile-a yönəlmək və əməliyyatı tətbiq daxilində saniyələr içində bitirmək olur.
Mobil bildiriş (Push notification): ödəniş zamanı qeydiyyatlı nömrəyə gələn bildirişə toxunaraq birbaşa təsdiq pəncərəsinə keçid etmək imkanı var.
ABB Pay fərdi müştərilər üçün onlayn alış-veriş təcrübəsini daha çevik, sürətli və maneəsiz edir. Eyni zamanda "Payriff" ekosisteminə inteqrasiya olunmuş e-ticarət sahibkarlarına ödəniş konversiyalarını və müştəri məmnuniyyətini artırmağa dəstək olur. Bu imkan tezliklə digər finteklər üçün də təmin olunaraq genişləndiriləcək.
ABB rəqəmsal transformasiya və açıq bankçılıq istiqamətində yerli fintek ekosistemi ilə strateji tərəfdaşlıqlarını genişləndirməyi və müştərilərin gözləntilərinə uyğun maliyyə həllərinin yaradılmasını bundan sonra da davam etdirəcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 11 sentyabr 2026

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq