Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib və 47,2 milyon dollarlıq profisit yaranıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadn xəbər verir.
Hesabat dövründə turizm xidmətlərinin ixracı 747,8 milyon dollar, idxalı isə 700,6 milyon dollar olub. Başqa sözlə, xarici vətəndaşların Azərbaycanda xərclədiyi vəsait Azərbaycan vətəndaşlarının xaricdə turizm məqsədilə xərclədiyi vəsaitdən daha çox olub. Beləliklə, Azərbaycanın turizmdən əldə etdiyi gəlirlər illik 21%, Azərbaycan vətəndaşlarının xaricdə turizm məqsədilə xərcləri isə 6,8% azalıb.
Turizm dövriyyəsinin azalması səfərlərin sayında da özünü göstərib. İlk yarımildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10,3% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin həcmi 700,6 milyon dollar olub və bunun 75,9%-i şəxsi səfərlərlə bağlı olub.
Ümumilikdə, Azərbaycanın xarici ölkələrlə xidmətlər üzrə dövriyyəsi 9,2 milyard dollar təşkil edib. Bunun 4,1 milyard dolları Azərbaycan rezidentlərinin xaricə göstərdiyi xidmətlərin, 5,1 milyard dolları isə xaricdən alınan xidmətlərin payına düşüb. Nəticədə xidmətlər balansında 1,04 milyard dollarlıq kəsir yaranıb. Bu kəsir illik müqayisədə 1,2% azalıb.
Eyni dövrdə Azərbaycanın cari əməliyyatlar balansında 4,74 milyard dollarlıq profisit qeydə alınıb. Bu göstərici 2025-ci ilin ilk yarısında 2,32 milyard dollar idi. Beləliklə, cari hesab profisiti təxminən 2 dəfə artıb və ÜDM-in 12,4%-nə bərabər olub.

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Biznesə aid ən yaxşı 10 kitab
SMM nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Start-up nədir?