"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin bu ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır. Bu prosesin bankların müştərilərinə, əmanətçilərinə və kredit götürən şəxslərə necə təsir edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, "Bank Respublika"nın "Access Bank"ı alması ilkin mərhələdə əməliyyat proseslərinə təsir etməyəcək.
"Sadəcə 2-cinin filial şəbəkəsi 1-cinin brendi altında fəaliyyət göstərəcək. Əmanət və kredit müqavilələri də, şərtlərdə xüsusi hallar nəzərdə tutulmayıbsa, olduğu kimi qüvvədə qalacaq. Yəni, "Bank Respublika" "Access Bank"ın həm aktivlərini, həm də öhdəliklərini əldə edir. Bu da o deməkdir ki, "Bank Respublika" "Access Bank"ın əmanətçilər qarşısındakı öhdəliklərinə əməl etməlidir, eyni zamanda "Access Bank" qarşısında öhdəliyi olanlar, yəni, bu bankdan kredit götürənlər bundan sonra "Bank Respublika" qarşısında məsuliyyət daşıyacaqlar. Bu, təxminən hansısa lisenziyası ləğv edilmiş bankın aktiv və öhdəliklərinin Əmanətlərin Sığortalanması Fonduna keçməsi deməkdir. Yəni, "Access Bank"ın əmanətçiləri bilməlidirlər ki, onların verdiyi pullar batmır, borclular isə bilməlidirlər ki, onlara verilmiş pulları qaytarmalıdırlar."
Ekspert qeyd edib ki, tədricən "Access Bank"dakı bütün müştəri hesabları "Bank Respublika"ya keçiriləcək, rekvizitlərin yenilənməsi mümkündür və bu, baş verdiyi halda, müştərilərə əvvəlcədən məlumat veriləcək. "Access Bank"ın kartları da tədricən "Bank Respublika"nın kartları ilə əvəz oluna bilər. Tariflərin də yenilənməsi mümkündür və bu barədə də müştərilər əvvəlcədən məlumatlandırılacaqlar.
"Optimallaşdırma işlərinin aparılacağını gözləmək olar. Yəni, eyni ərazidə "Bank Respublika" və "Access Bank"ın bir-birinə yaxın filialları varsa, onlardan biri saxlanıla, hesablar bir filiala cəmləşdirilə bilər. Bu, halda kimlərinsə ixtisara düşməsi mümkündür. Eyni zamanda "Access Bank"ın baş ofisindəki departamentlər ləğv olunacaq. Bu bankın menecmentinə daxil olan şəxslərin bir qismi "Bank Respublika"ın baş ofisində öz statusuna uyğun işlə təmin oluna bilər. Amma istənilən halda, bu proseslər müştərilərə təsir etməyəcək."
Namiq Hüseynov vurğulayıb ki, səhmlərlə bağlı məsələyə gəlincə, burada söhbət "Access Bank"da payı olan investorların Azərbaycandakı biznesini "Bank Respublika"nın komandasına etibar etməsindən gedir.
"Çünki, açıqlamada qeyd olunub ki, "Access Bank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 %-ni təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək onun səhmdarlarına çevriləcəklər. Yəni, "Access Bank"dakı xarici investorlar sadəcə Bankı satıb Azərbaycandan getmirlər. Onlar bizim bank sektorumuzda qalırlar, amma bu bizneslə "Bank Respublika"nın səhmdarları kimi məşğul olacaqlar. Bu da o deməkdir ki, "Bank Respublika"nın mövcud səhmdarları yenidən təşkil olunan bankda ümumilikdə 75% paya malik olacaqlar. Amma istənilən halda, onların (Quliyevlər ailəsinin) sözü həlledici olacaq."
© "Plat" / marja.az

Banklar     Tarix: 15 sentyabr 2026

Oxşar xəbərlər

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

AMB: "Bankların davamlı maliyyələşmədə əsas problemi investor tələbatıdır"

Azərbaycan banklarının davamlı maliyyələşmədə əsas problemi investor tələbatıdır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin iqtisadçısı Əli Əhmədzadə "Bakı İqlim Fəaliyyət

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib. Layihə çərçivəsində Qusarın Böyü

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam


iqtisadi xeberler bitcoin investisiya internetden pul qazanmaq biznes xeberleri