Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub.
Banker.az xəbər verir ki, yeni Əsasnamə 10 sentyabr 2026-cı ildən qüvvəyə minib. Bununla da AMB İdarə Heyətinin 7 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş əvvəlki Əsasnamə ləğv edilib.
Dəyişiklik təkcə adla məhdudlaşmayıb. Yeni Əsasnaməyə əsasən, departamentə bank və sığorta şirkətlərinin bazar davranışlarına birbaşa nəzarət, risk profillərinin müəyyənləşdirilməsi, yoxlamaların və monitorinqlərin aparılması, test məqsədli alışların həyata keçirilməsi, eləcə də nəzarət tədbirləri üzrə təkliflərin hazırlanması kimi əlavə səlahiyyətlər verilib.
Departamentin strukturu da dəyişdirilib. Hazırda onun tərkibində "Bazar davranışlarına nəzarət şöbəsi" və "Bazar davranışlarının tənzimlənməsi və nəzarətin metodologiyası şöbəsi" fəaliyyət göstərir.
Hazırda departamentin direktoru Tamerlan Əliyev Xaqani oğludur.
Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti MB

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?