TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
®Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan "12-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2026" ( 12th Trade and Supply Chain Finance Program Awards 2026) çərçivəsində "Azərbaycanda aparıcı tərəfdaş bank" (Leading Partner Bank in Azerbaijan) nominasiyasının qalibi elan edilib.
Mükafat 8 sentyabr 2026-cı il tarixində Sinqapurda keçirilən regional tərəfdaş bankları təmsil edən 200-dən çox nümayəndənin də iştirak etdiyi rəsmi tədbir zamanı təqdim olunub.
Qeyd edək ki, sözügedən mükafat TuranBank ASC-yə ölkədə kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi, beynəlxalq ticarət əməliyyatlarının dəstəklənməsi və dayanıqlı inkişaf layihələrinin uğurlu icrası istiqamətində nümayiş etdirdiyi yüksək fəaliyyət göstəriciləri və innovativ yanaşmalarının hərtərəfli təhlili və qiymətləndirilməsi nəticəsində təqdim olunub. Bu nailiyyət bankın şəffaf idarəetmə prinsiplərinin, maliyyə sabitliyinin və beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqların bariz nümunəsidir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…


/ banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?