Gələn il neftin qiymətinin 100 dollara yaxın olacağı planlaşdırılır
Dünyanın ən böyük investisiya banklarından biri – "Bank of America"nın analitiklərinin fikrincə, qarşıdan gələn 2023-cü il əmtəə bazarları üçün gərgin keçəcək.
Bu barədə xarici mətbuat "Bank of America"nın ekspertlərinin proqnozuna istinadən məlumat yayıb.
Bank analitiklərinin fikrincə, geosiyasətdəki gərginlik və Rusiya neftinə qarşı tətbiq olunan qiymət həddi kimi sanksiyalardan əlavə olaraq, qlobal bazar 2020-ci il koronavirus pandemiyasından bəri yığılan problemlərin nəticələrini hiss edəcək.
Proqnoza görə, 2023-cü ildə neftin bir barelinin orta qiyməti 100 dollara yaxın olacaq. Bununla belə, dünya miqyasında qüvvələr balansında baş verəcək hər hansı, hətta cüzi dəyişiklikdən bazar güclü dalğalanacaq.
"Bazarda qeyri-sabit tarazlıq yaranacaq ki, istənilən əsas oyunçu onu asanlıqla poza bilər", – hesabatda qeyd olunub.
Bank ekspertlərinin fikrincə, əlavə qeyri-müəyyənlik, qlobal iqtisadiyyatda gözlənilən tənəzzüllə əlaqələndiriləcək. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir