Gəncədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə satışı 14%-dən çox artıb
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 755 milyon 352,3 min manatlıq, o cümlədən 407 milyon 188 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 348 milyon 164,3 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,2 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 11,3 faiz azalmşdır.
2024-cü ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 19,8 faizi ticarət müəssisələri, 59,9 faizi fərdi sahibkarlar tərəfindən, 20,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2023-cü ilin yanvar–iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 2,3 faiz azalmış bazar və yarmarkalarda isə 26,7 faiz artmışdır.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər
Gəncə şəhərində 2024-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 22,7 milyon manat təşkil etmişdir. Dövriyyənin 22,3 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 6,9 faiz artaraq 275,4 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 70,7 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 25,7 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 14,3 faizi dövlət, 85,7 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları