Gəncədə ət və yumurta istehsalı kəskin artıb

Gəncədə ət və yumurta istehsalı kəskin artıb2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində 64,5 ha əkin (ondan 29,0 hektar dənlilər  və dənli paxlalı bitkilər, 34,5 hektar tərəvəz bitkiləri, 1 hektar yem bitkiləri) aparılmışdır. 2023-cü ilin yanvar-iyun aylarında tarlalardan 61,1 ton dənlilər və dənli paxlalı bitkilər, 134,8 ton tərəvəz, 299,6 ton meyvə və giləmeyvə, 7,8 ton yonca toplanmışdır.                 
2023-cü ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 832 baş iribuynuzlu mal-qara (ondan 352 baş inək və camış), 1136 baş qoyun və keçi, 35 baş donuz mövcud olmuşdur. 
Gəncə şəhərində 2023-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində 81,5 ton ət diri çəkidə, 310,3 ton süd, 605 min ədəd yumurta, 2,9 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 49,0 ton (2,5 dəfə), yumurta istehsalı 390 min ədəd (2,8 dəfə), süd istehsalı 107,6 ton (53,1 faiz), yun istehsalı isə 0,1 ton (3,6 faiz) artmışdır.
2023-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə 1437,9 min manat, o cümlədən bitkiçilik məhsulları 513,6 min manat, heyvandarlıq məhsulları 924,3 min manat təşkil etmişdir.         / marja.az

Maliyyə     Tarix: 15 avqust 2023

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun