Gəncədə orta maaş açıqlanıb

Gəncədə orta maaş açıqlanıb2022-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində muzdla çalışanların orta aylıq nominal əmək haqqısı açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olan məlumata görə, məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-noyabr aylarında 45721 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 28480 nəfər (62,3 faiz), qeyri-dövlət sektorunda isə 17241 nəfər (37,7 faiz) təşkil etmişdir. 
Muzdlu işçilərin 17,86 faizi məhsul istehsalı sahələrində, ondan 15,86 faizi sənaye (o cümlədən 0,02 faizi mədənçıxarma, 9,60 faizi emal, 2,30 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,94 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,24 faizi tikinti, 0,76 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. 
Xidmət sahələrində çalışanların 24,55 faizi təhsil, 23,52 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,09 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,14 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,75 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,18 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,09 faizi peşə, elmi və texniki fəaliyyət, 1,56 faizi maliyyə və sığorta, 1,17 faizi informasiya və rabitə, 0,39 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,26 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,24 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.
2022-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 615,7 manat, həmçinin dövlət sektorunda 666,6 manat, qeyri-dövlət sektorunda 532,4 manat təşkil etmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən şəhər üzrə 13,8 faiz, dövlət sektoru üzrə 19,9 faiz, qeyri-dövlət sektoru üzrə isə 4,3 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı şəhər göstəricisindən çox olmuş, emal bölməsində 643,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 802,1 manat, maliyyə və sığortada 1337,7 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1295,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 973,8 manat, təhsildə 628,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 652,1 manat təşkil etmişdir. / marja.az

Maliyyə     Tarix: 08 fevral 2023

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler kicik biznes bitkoin qiymeti valyuta kurslari investisiya