Gəncədə polis serjantının hoqqaları - Özünü general kimi təqdim edib

Gəncədə polis serjantının hoqqaları - Özünü general kimi təqdim edibAzərbaycanda 20-yə yaxın vətəndaşdan külli miqdarda pul alaraq, onları Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrə düzəldəcəyini vəd verən polis serjantına hökm oxunub. 
azxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Tacəddin adlı şəxsə qarşı qaldırılan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məlum olub ki, polis serjantı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan şəxsin cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, eləcə də cinayət işinə xitam verilməsi ilə bağlı təsir etmək imkanına malik olduğuna inandırıb, 13 min pulunu alıb. 
O, qohumuna da geniş əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək onu Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu vəd verərək, 2021-ci ilin fevral ayında Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının yaxınlığına 6500 manat pul alıb.
Bundan başqa o, daha bir nəfərdən daxili işlər orqanlarına müvafiq vəzifəyə düzəldəcəyi vədini verərək, 2021-ci ilin aprel ayının əvvələrində 7800 manat pul alıb. 
Təqsirləndirilən şəxs Mikayıl Salmanovdan DİN-də müvafiq vəzifəyə təyin ediləcəyi vədi ilə 2021-ci ilin iyul ayının əvvəllərində 10 000, Abbasqulu Salmanovdan Daxili İşlər Nazirliyinin Gəncə Regional Mühafizə Polisi İdarəsinə vəzifəyə təyin ediləcəyi adı ilə 4000 manat, Ülvi Aslanovdan daxili işlər orqanlarına müvafiq vəzifəyə təyin ediləcəyi adı ilə 8000 manat pul alıb.
O, həmçinin daha bir nəfərdən 3 min manat almaqla Gəncə şəhər Nizami rayon Polis İdarəsinin post-patrul xidmətinə müvafiq vəzifəyə təyin ediləcəyini deyib. Polis serjantı bundan başqa əminlik və inam yaratmaq üçün aldatdığı bir neçə nəfərə özünü "Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi", "general" kimi təqdim edib. Həmçinin bir neçə nəfərə də zəng edərək guya DİN-nin Xüsusi Təyinat Bölüyünə işə düzəlməyinə köməklik edəcəyinə dair söz verib.
Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları müvafiq qaydada sübuta yetirilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qərara əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.(Qaynarinfo)

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin qiymeti birbank